Sizin Reklam Burada
Xəbər lenti
17-04-2026
BÜTÜN XƏBƏRLƏR

Yazıçı 5 manat verib teatra gəlmirsə, kitabını niyə almalıyam?

Tarix: 11-02-2026 18:30     Baxış: 392 A- / A+


Yazıçılar teatra gəlmirsə, aktyorları ittiham eləməyə haqları yoxdur.
Manevr.az xəbər verir ki, bunu report-a müsahibəsində xalq artisti Qurban İsmayılov deyib.
Aktyor bilirib ki, əgər hansısa yazıçı onu kitab oxumamaqda ittiham edirsə, o da onlara sual edib: siz niyə teatra gəlmirsiniz?
"Tutaq ki, İlqar Fəhmi hansısa bir əsərini səhnəyə qoyur, öz qələm dostlarını dəvət edir, gəlirlər, amma başqa vaxt beş manatından keçib gəlirlərmi? Yox. O zaman mən niyə beş manatımdan keçib sənin kitabını almalıyam? Bu tək yazıçılara aid deyil. Lap rəssamlar olsun. Söhbət əgər bir-birimizi günahlandırmaqdan gedirsə, biz də günahlandıra bilərik. Tamaşaya gəlməyən rəssam necə məni sərgiyə getməməkdə günahlandıra bilər?"
Xalq artisti onu da əlavə edib ki, aktyorlar onsuz da işlərinə görə mütaliə edirlər.
"Mən aktyoram, onsuz da bu işin içindəyəm, oxuyuram. Oynadığımız əsərlər mütaliə deyil ki? Şekspir mütaliə deyil? Stanislav Stratiyev (bolqar yazıçısı, ssenarist, - red.) mütaliə deyil? Şiller mütaliə deyil? Elə müəlliflər var ki, heç onu mənəm-mənəm deyən kitab adamları tanımır, amma mən oxumuşam, məlumatım var. Yəni nəticə etibarilə aktyor camiəsi istər-istəməz mütaliəli olur, buna görə də bizə kitab oxumurlar damğasını vurmaq olmaz".

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar