Sizin Reklam Burada
Xəbər lenti
12-01-2026
BÜTÜN XƏBƏRLƏR

Amerika filmi Nizami Gəncəvinin bu misraları ilə başlayır

Tarix: 08-01-2026 08:22     Baxış: 3121 A- / A+
Amerika filmi Nizami Gəncəvinin bu misraları ilə başlayır2025-ci ilin dekabrında nümayişə çıxan “Sağ qalan” (Not Without Hope) adlı Amerika trilleri Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin sitatı ilə başlayır.
Manevr.az Azərtac-a istinadən xəbər verir ki, “Sınaq anında ümidinizi itirməyin, çünki büllur yağış qara buludlardan doğur” (In our hour of adversity, be not without hope, for crystal rain falls from the black clouds), — deyə sitatda bildirilir. Bu, filmin əsas mövzusunu — ölümcül təhlükə şəraitində sağ qalmağı və ümidi dərhal ön plana çıxarır.
Rejissor Co Karnahanın ekran işi 2010-cu ildə nəşr olunmuş Şuyler və Ceri Lonqmanın “Ümidsiz deyil” (Not Without Hope) kitabı əsasında çəkilib. Süjetin mərkəzində Meksika körfəzində güclü fırtına zamanı balıqçı qayığının qəzaya uğramasından sonra açıq dənizdə qalan dörd dostun real hekayəsi dayanır. Əlverişsiz hava şəraiti səbəbindən axtarış-xilasetmə əməliyyatı nəticəsiz qalır və həmin şəxslər həyat uğrunda mübarizəni özləri aparmalı olurlar.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Yanvar 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar