Sizin Reklam Burada
Xəbər lenti
22-12-2025
21-12-2025
BÜTÜN XƏBƏRLƏR

Zeynəb Xanlarova ermənipərəst müğənnini Bakıya gətirir?

Tarix: 17-12-2025 15:18     Baxış: 378 A- / A+
Zeynəb Xanlarova ermənipərəst müğənnini Bakıya gətirir?Xalq artisti Zeynəb Xanlarovanın Bakıda anadan olmuş yəhudi əsilli ermənipərəst müğənni Larisa Dolinanı Azərbaycana dəvət etdiyi iddia olunur.
“Dəyərli həmyerlimiz, sənin mənzil məsələnə görə narahatıq. Məsələni diqqətlə izləyərək hamımız çay içməkdən yorulduq. Vətənə qayıt, bir yerdə çay içək”, - Z.Xanlarovaya aid olduğu bildirilən paylaşımda qeyd olunub.
Manevr.az Globalinfo.az-a istinadla xəbər verir ki, sözügedən iddianı yayan səhifə Azərbaycana qarşı saxta xəbərlər tirajlayaraq, ictimai rəyə təsir etməyə çalışır. Həmin səhifə digər paylaşımlarında da ölkəmizlə bağlı feyk xəbərlər yazıb.
Zeynəb Xanlarova məsələ ilə bağlı heç bir açıqlama verməyib.
Qeyd edək ki, 2023-cü ilin avqustunda Larisa Dolina fırıldaqçılar vasitəsilə Moskvanın mərkəzindəki mənzilini sataraq əmanətlərini onlara verib. Zərər təxminən 120 milyon rubl qiymətləndirilir. Əməliyyat başa çatdıqdan sonra Dolina alıcı Polina Luryeni məhkəməyə verib.
2025-ci il dekabrın 16-da isə məhkəmə qalmaqallı işlə bağlı qərarını açıqlayıb. Qərara əsasən, mənzil Larisa Dolinanın mülkiyyətində qalacaq, lakin müğənni onu alan şəxsə - tək ana Polina Luryeyə 112 milyon rublu (2,1 milyon manat) geri qaytarmalı olacaq. Bununla belə, iş ikinci instansiyada yekun qərar verilənədək mənzil üzərində mülkiyyət hüququ müvəqqəti olaraq Polina Luryeyə məxsus hesab ediləcək. Sonradan isə mənzil yenidən Dolinanın adına rəsmiləşdiriləcək.
Xatırladaq ki, Larisa Kudelman (səhnə adı Larisa Dolina) 10 sentyabr 1955-ci ildə Bakıda yəhudi ailəsində anadan olub. Atası Aleksandr Markusoviç Kudelman, anası Qalina İzrailevna Kudelmandır (qızlıq soyadı Dolina). O, üç yaşında valideynləri ilə birlikdə Odessaya köçüb.

Manevr.az 

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Dekabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar