Sizin Reklam Burada
Xəbər lenti
22-02-2025
21-02-2025
BÜTÜN XƏBƏRLƏR

Kitabxana açıq səma altında uşaqlar üçün əyləncə saatı təşkil edib -FOTOLAR

Tarix: 17-07-2017 12:21     Baxış: 3681 A- / A+
Kitabxana açıq səma altında uşaqlar üçün əyləncə saatı təşkil edib


Manevr.az-a verilən xəbərə görə, Sumqayıt Regional Mədəniyyət və Turizm İdarəsinin təşəbbüsü ilə yay mövsümü ilə əlaqədar olaraq Sumqayıt şəhər S.Vurğun adına Mərkəzi Kitabxananın uşaq şöbəsi açıq səma altında uşaqlar üçün növbəti əyləncə saatı təşkil edib.

Uşaqların mütaliəyə marağının artırılması və asudə vaxtının səmərəli təşkili məqsədilə keçirilən tədbirdə oxucular və şəhər sakinləri kitabxana fonduna daxil olan ədəbiyyatlardan ibarət səyyar sərgi ilə yaxından tanış olublar.

Tədbir boyu uşaqlar yaşıllığın qoynunda əyləşərək kitab oxuyub, şeir söyləyib, şahmat, domino və digər əyləncəli oyunlar oynayıblar.

Uşaq şöbəsində daha bir tədbir fiziki qüsurlu uşaqların mütaliə marağının artırılması ilə bağlı keçirilib. Uşaqlar Dövlət Rəmzləri, Azərbaycan, Sumqayıt şəhəri ilə bağlı sualları cavablandırıb, sərgidə nümayiş olunan ədəbiyyatlarla tanış olub, nağıl və hekayələr oxuyublar.

Sumqayıt Regional Mədəniyyət və Turizm idarəsinin
Mətbuat xidməti

Kitabxana açıq səma altında uşaqlar üçün əyləncə saatı təşkil edib
Kitabxana açıq səma altında uşaqlar üçün əyləncə saatı təşkil edib
Kitabxana açıq səma altında uşaqlar üçün əyləncə saatı təşkil edib
Kitabxana açıq səma altında uşaqlar üçün əyləncə saatı təşkil edib
Kitabxana açıq səma altında uşaqlar üçün əyləncə saatı təşkil edib
Kitabxana açıq səma altında uşaqlar üçün əyləncə saatı təşkil edib
Kitabxana açıq səma altında uşaqlar üçün əyləncə saatı təşkil edib
Kitabxana açıq səma altında uşaqlar üçün əyləncə saatı təşkil edib

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Fevral 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
2425262728 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar