Sizin Reklam Burada
Xəbər lenti
22-12-2025
21-12-2025
BÜTÜN XƏBƏRLƏR

Keçmiş əri Colinin qanı olan şüşə qabı buna görə özü ilə gəzdirdirir

Tarix: 19-11-2025 10:57     Baxış: 3217 A- / A+



Aktyor Billi Bob Tornton keçmiş həyat yoldaşı Ancelina Colinin qanını daşıdığı şüşə qab barədə uzun illərdir davam edən suallara aydınlıq gətirib. Aktyor boşanmalarından 20 ildən artıq vaxt keçsə də, həmin detalın niyə gündəmdə qaldığını "Rolling Stone" nəşrinə açıqlamasında izah edib.
Manevr.az xarici mətbuata istinadən xəbər verir ki, Tornton həmin addımı sırf romantik niyyətlə atdığını bildirib. Onun sözlərinə görə, mətbuat bu jesti qalmaqal kimi təqdim etməklə vəziyyəti olduqca şişirdib.
"Bu, sadəcə romantik bir fikir idi. Amma ayrıldıqdan sonra bizi sanki yer altında yaşayan, bir-birinin qanını içən vampirlər kimi göstərirdilər", - deyə aktyor zarafatla bildirib.

70 yaşlı sənətçi həmçinin Ancelina Coli ilə münasibətlərinin bu gün də yaxşı olduğunu və birlikdə keçirdikləri illəri həyatının ən gözəl dövrlərindən biri adlandırdığını qeyd edib.
"Biz hələ də çox yaxın dostuq. Evliliyimiz çox sivil şəkildə başa çatdı. Sadəcə fərqli həyat tərzlərinə sahib idik", - deyə Tornton əlavə edib.
Xatırladaq ki, Tornton və Coli 1999-cu ildə film çəkilişləri zamanı tanış olub, 2000-ci ildə ailə qurublar. Cütlük 2002-ci ildə Meddoks adlı uşağı övladlığa götürdüklərini açıqlayıb və cəmi üç ay sonra münasibətlərinə son veriblər.milli.az


Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Dekabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar