Sizin Reklam Burada
Xəbər lenti
BÜTÜN XƏBƏRLƏR

Əməkdar artisti TƏHQİR ETDİLƏR: "Qocalmısan, eybəcərsən, nə gündəsən..."

Tarix: 15-07-2017 13:55     Baxış: 5414 A- / A+
Əməkdar artisti TƏHQİR ETDİLƏR:

"Əməkdar artist Lalə Məmmədova sosial şəbəkədə onu təhqir edənlərə əsəbiləşib.

Müğənni izləyicilərin ona "eybəcərsən, qocalmısan, nə gündəsən, pis gündəsən" kimi sözlər yazdığını bildirib.

L.Məmmədova təhqirlərə belə cavab verib:

"Siz elə düşünün. Ancaq mən sizin bəyənmədiyiniz, eybəcər saydığınız üzü, gözü, donqarlı burnumu sevirəm. Çünki yaradan belə məsləhət gördü. Mən də onu və yaratdıqlarını sevdim. Deyirsiniz qocalmışam? Olsun, təki qocalmaq hamımıza nəsib olsun. Bu günə qədər yaşıma görə heç kompleks keçirmədim. Çünki yaşadığım illəri boşuna keçirmədim. Bu illər ərzində 2 beynəlxalq müsabiqə laureatı oldum, 2 ali təhsil aldım. Azərbaycan Milli Elmlər Akademiyasının Ədəbiyyat İnstitutunda elmi iş yazdım, "Filologiya üzrə fəlsəfə doktoru" adını qazandım. 15 ildir ki, Milli Konservatoriyanın İctimai Elmlər kafedrasının baş müəllimi olaraq tələbələrə ingilis-dili fənnindən dərs deyirəm. Opera və Balet Teatrında "Leyli və Məcnun", "Aşıq Qərib" kimi məsuliyyətli operalarda baş rolları ifa etdim. Bu sadaladıqlarmın içərisində tanrının mənə ən böyük hədiyyəsi övladlarım oldu".

Müğənni izləyicilərinə xəbərdarlıq edib:

"Sizi dünyaya gətirib min bir əziyyətlə böyüdüb, boya-başa çatdıran analar kimi mən də bir anayam. Heç düşündünüzmü bu haqda? Axı mənim övladım yazılarınızı oxuyur. Siz öz ananızı pak, müqəddəs gördüyünüz kimi o, da anasını belə çirkin sözlərdən uzaq, ən gözəl, ən saf və mərhəmətli qadın kimi görür. Qəlbə dəyən sözlər yazmağa sərf etdiyiniz vaxtı, qəlbinizi, gözlərinizi pisliklərdən təmizləməyə sərf edin. İnsanın zahirinə deyil, daxilinə, keçdiyi həyat yoluna nəzər salın, sonra qələminizi işə salın. Ən əsası həyatı sevin, mən sevdiyim kimi".big.az

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar