Xəbər lenti
"Kim deyir ki, mən dəlixanada yatmışam?" - Əməkdar artist OD PÜSKÜRDÜ
Xəbər verdiyimiz kimi, ötən gün mətbuatda bəzi yerli məşhurların ruhi dispanserdə yatma xəbəri yayılıb.
Manevr.az xanim.az-a istinadən xəbər verir ki, siyahıda adı çəkilənlərdən biri də əməkdar artist Naibə Allahverdiyeva olub. Bununla bağlı açıqlama verən əməkdar artist əməlli-başlı özündən çıxıb:
"Kim deyir ki, mən dəlixanada yatmışam? Ümumiyyətlə bu xəbəri yazanın nə yazdığından xəbəri var?! Mən Günəşli Sanatoriyasında müalicə almışam. Əsəblərimlə və təzyiqimlə bağlı. Amma, bu, o demək deyil ki, mən dəliyəm, psixi problemim var. Ayıb deyilmi özünü, həyatını bu sənətə qurban verən Rasim Balayev, mənim haqqımda belə xəbəri yayımlamaq?! Ar olsun elə insanlara! O sanatoriyada hər kəs yata bilər, hər kəs istirahət edə bilər. Axı biz aktyorlar, aktrisalar digər insanların rolunu oynayırıq. Başqa insanların həyatını yaşayırıq, ağlayırıq, əsəblərimiz pozulur. Amma nevroloji dispanserlə sanatoriya arasında böyük fərq var. Teatrmızdan nə qədər insanlar var ki, sanatoriyada müalicə alır, istirahət edir. Əsəblərimiz gərgin olur, özümüzdən tez çıxırıq, çünki həssas insanıq. Amma bizi ruhi xəstə kimi kimi millətə tanıtmaq nə dərəcədə düzgündür?! Mən bir dəfə psixoloqa getdim, psixoloq dedi ki, sən nevropotoloqa getməlisən. Sən heç bizə aid xəstə deyilsən. Əhalinin 60%-i əsəbdən, nevroloji xəstəlikdən əziyyət çəkir. İndi bizə necə sübut edə bilərlər ki, biz psixi xəstəyik və bizim qeydiyyatımız var? Birincisi səhiyyədə dəlixana sözü yoxdur, bu sözü yazmaq şərəfsizlik və savadsızlıqdır. Ruhi dispanserdə yatan xəstələri təhqir etməyə, insanların şəxsi həyatına qarışmağa heç kimin ixtiyarı yoxdur. Onları məhkəməyə verib süründürmək lazımdır. "
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar