Sizin Reklam Burada
Xəbər lenti
26-08-2025
25-08-2025
BÜTÜN XƏBƏRLƏR

Laçında "MDB ölkələrinin Beynəlxalq Kino Günləri" keçirilir

Tarix: 26-08-2025 12:46     Baxış: 332 A- / A+

Mədəniyyət Nazirliyi, Azərbaycan Respublikası Prezidentinin Laçın rayonunda xüsusi nümayəndəliyinin təşkilatçılığı ilə üçüncü dəfə Laçın Şəhəri Günü keçirilir.
Mədəniyyət Nazirliyindən verilən məlumata görə, MDB Humanitar Əməkdaşlıq Şurasının 2024-cü ilin 8 oktyabr tarixli qərarına əsasən, Laçın bu il “MDB-nin mədəniyyət paytaxtı” missiyasını daşıyır.
Şəhər Günü çərçivəsində Laçın Azərbaycan da daxil olmaqla MDB-nin bəzi ölkələrindən yaradıcı gəncləri bir araya gətirib.
Azərbaycanın bu dilbər guşəsi “MDB ölkələrinin Gənclər Düşərgəsi” və “MDB ölkələrinin Beynəlxalq Kino Günləri”nə ev sahibliyi edir.
Hər iki layihə Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi, Azərbaycan Respublikasının Gənclər Fondu, MDB üzrə Dövlətlərarası Humanitar Əməkdaşlıq Fondu və Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının (NAYORA) birgə təşkilatçılığı ilə reallaşır.
Avqustun 26-da Azərbaycan, Rusiya, Belarus, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Tacikistan və Türkmənistanı təmsil edən gənclərin iştirakı ilə "Mədəni və yaradıcı sənayelərdə gənclər dalğası” mövzusunda panel müzakirə təşkil olunub.
Tədbirdə çıxış edən Azərbaycan Mədəniyyət Nazirliyi Beynəlxalq əlaqələr şöbəsinin müdiri Fərrux Cumayev Prezident İlham Əliyev tərəfindən ölkəmizdə gənclərin hərtərəfli inkişafı üçün lazımi şərait yaradıldığını bildirib. Qeyd olunub ki, Azərbaycanda mədəniyyət və yaradıcı sənayelərin inkişafı da diqqətdə saxlanılır, gənclərin bu sahədə fəaliyyətinə dəstək verilir.
Şöbə müdiri deyib ki, Azərbaycan MDB ölkələri arasında mədəni əməkdaşlığın inkişafına öz töhfəsini verir, bu məqsədlə müxtəlif layihələr həyata keçirilir.
Bu il "MDB-nin mədəniyyət paytaxtı" olan Laçında Şəhəri Günü çərçivəsində MDB ölkələrindan yaradıcı gənclərin bir araya gəlməsi bunun göstəricisidir. Bu qəbildən layihələr MDB ölkələrinin gəncləri arasında əməkdaşlığa, mədəniyyətlərarası dialoqun güclənməsinə və yeni yaradıcılıq təşəbbüslərinin formalaşmasına töhfə verəcək.
Gənclər Təşkilatları Milli Şurasının sədri Rafael Hacıbəyli, Azərbaycan Respublikası Gənclər Fondunun nümayəndəsi Orduxan Qəhrəmanzadə və başqaları çıxış edərək ölkəmizdə həyata keçirilən gənclər siyasəti haqqında danışıblar.
Daha sonra tədbir diskussiya şəklində davam edib. Gəncləri maraqlandıran suallar cavablandırılıb.
Azərbaycan, Qazaxıstan, Qırğızıstan və Tacikistanın gənclər təşkilatlarının nümayəndələri təmsil etdikləri ölkələrdə bu sahədə reallaşdırılan layihələrdən söz açıblar.
Qeyd edək ki, Laçın Şəhəri Günü ilə bağlı Həkəri çayının sahilində qurulmuş səhnədə Azərbaycanın tanınmış incəsənət ustaları və bədii kollektivlərinin iştirakı ilə möhtəşəm konsert proqramı təqdim olunacaq.

Manevr.az







Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar