Sizin Reklam Burada
Xəbər lenti
21-09-2025
20-09-2025
BÜTÜN XƏBƏRLƏR

Azərbaycanlı rejissor vəfat edib

Tarix: 24-08-2025 08:48     Baxış: 399 A- / A+
Azərbaycanlı rejissor vəfat edib
Rejissor, ssenarist, kinooperator, Əməkdar incəsənət xadimi Zaur Məhərrəmov 87 yaşında vəfat edib.
Manevr.az xəbər verir ki, bu barədə Azərbaycan Professional Kinorejissorlar Gildiyasından məlumat verilib.
Zaur Məhərrəmovun uzun illərdir yaşadığı və çalışdığı Türkiyədə vəfat etdiyi bildirilib.
Qeyd edək ki, Zaur Xasay oğlu Məhərrəmov 1938-ci il yanvarın 28-də Bakıda anadan olub. 1956-cı ildən "Azərbaycanfilm" kinostudiyasında assistent kimi işə başlayıb. Bir neçə sənədli filmin rejissorudur. "Uşaqlığın son gecəsi", "Dərviş Parisi partladır", "Ad günü", "Uzun ömrün akkordları" və s. bədii filmlərin quruluşçu operatoru olub. 80-ci illərin əvvəllərindən rejissor və ssenarist kimi fəaliyyətini davam etdirərək yaradıcılığını sənədli kinoya həsr edib və 1984-cü ildə "Yaddaş" studiyasını yaradaraq, həmin studiyada "Bakı balkonları", "Köç", "Üzeyir Hacıbəyov", "Həbib və Gülxanım" və s. filmlərini ərsəyə gətirib. Türkiyənin Anadolu Universitetinin kino və televiziya bölməsində müəllim kimi fəaliyyətini davam etdirib.

Zaur Məhərrəmov



Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar