Sizin Reklam Burada
Xəbər lenti
11-09-2026
10-09-2026
BÜTÜN XƏBƏRLƏR

3 dəfə infarkt keçirmiş Gülşən Qurbanova barədə gerçəklər: "Ölsəm, 1-2 gün basdırmayın"

Tarix: 31-07-2025 09:38     Baxış: 3256 A- / A+

Manevr.az-ın məlumatına görə Baku TV-nin "Retro Baku" verilişinin yeni buraxılışı aktrisa Gülşən Qurbanovaya həsr olunub.
Verilişdə sənətkarın dostları aktrisa ilə bağlı xatirələrini bölüşüblər. Onlar Gülşən Qurbanovanın sənətkarlığı və insani keyfiyyətlərindən söz açıblar.
"Gülşən xanım təkcə istedadı ilə deyil, eyni zamanda cazibəsi və şirinliyi ilə də fərqlənirdi. Onun səhnədə etdiyi improvizasiyalar tamaşaçılar tərəfindən rəğbətlə qarşılanırdı. Bəzən bir obrazı canlandırmaq üçün aktyorlar ağır kostyumlar geyinir, mürəkkəb qrim edirlər. Lakin Gülşən xanımın belə vasitələrə heç vaxt ehtiyacı olmayıb. O, sadə geyim və makiyajla səhnəyə çıxaraq obrazını yüksək səviyyədə təqdim edə bilirdi", ‒ deyə Əməkdar artist Elnur Hüseynov bildirib.
Verilişdə, həmçinin aktrisanın qeyri-adi vəsiyyəti haqqında danışılıb. İddialara görə, Gülşən Qurbanova "ölsəm, məni 1-2 gün saxlayın, sonra dəfn edərsiniz" deyib. Zamanla yayılan bəzi şayiələrə əsasən, aktrisanın qəbirdə canlandığı, hətta kəfənin düyününün açıldığı deyilir. Lakin bu cür söz-söhbətlər onun yaxınları tərəfindən təkzib olunur. "Bunlar yalan məlumatlardır, jurnalistlərin uydurmalarıdır. Üç dəfə infarkt keçirən bir insan necə sağ qala bilər?!" ‒ deyə Xalq artisti Yasin Qarayev əlavə edib.




Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar