Xəbər lenti
“Vaqif, yad et, səni yad eyləyəni” -FOTOLAR
12 yanvar 2017-ci il tarixdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Böyük Azərbaycan şairi Molla Pənah Vaqifin 300 illik yubileyinin keçirilməsi haqqında imzaladığı sərəncamının icrasını təmin etmək məqsədilə, Ağcabədi Regional Mədəniyyət və Turizm İdarəsinin nəzdində olan Ağdam rayon Mərkəzi Kitabxanasında “Vaqif, yad et, səni yad eyləyəni” adlı ədəbi-bədii gecə keçirilib.
Manevr.az xəbər verir ki, Tədbirdə Ağcabədi Regional Mədəniyyət və Turizm İdarəsinin rəisi Rza Quliyev, rəis müavini Vüqar Qədirov, baş məsləhətçi Azər Əliyev, Ağcabədi və Laçın rayon MKS-nin bir qrup əməkdaşı iştirak edib.
Tədbirin aparıcısı Metodika və biblioqrafiya şöbəsinin metodisti Kəmalə Fərəcova Vaqif irsinin azərbaycançılıq məfkurəsi işığında daha dərindən araşdırılıb öyrənilməsinin bu gün də aktuallığını qoruyan mühüm məsələlərdən biri olduğunu tədbir iştirakçılarının nəzərinə çatdırdı.
Üçoğlan kənd kitabxana filialının müdiri Sevinc Cəfərova şairin həyat və yaradıcılığı haqqında ətraflı məlumat verib. Kitabxananın fəal oxucuları Sevinc Fərəcli, Nərgiz Nəbiyeva, Sevinc Cəfərova, Qorxmaz Qarabağlı, Qumru Nüsrətlinin ifasında şairin şerləri, Qorxmaz Qarabağlı,Aysun Hüseynova, Rəqsanə Məmmədovanin ifasında isə, qəzəllərinə bəstələnmiş mahnılar səsləndirilib.
Sonra söz Ağcabədi Regional Mədəniyyət və Turizm İdarəsinin rəisi Rza Quluyevə verildi. O, öz çıxışında Vaqifin lirikasından, yaradıcılığının bu gün də sevilə-sevilə oxunmasından söz açdı, eyni zamanda Vaqifin Qarabağ xanının birinci vəziri kimi XVIII əsrin məşhur siyasi və ictimai xadim olduğun tədbir iştirakçılarının nəzərinə çatdırdı və sonda bildirdi ki, 1797-ci ildə Ağa Məhəmməd Şah Qacarın Şuşaya hücumu zamanı İbrahimxəlil xan Çar-Balakənə qaçır. Şəhəri ələ keçirən Qacar bir gün sonra orada sui-qəsd nəticəsində öldürülür. Hakimiyyətə İbrahimxəlil xanın qardaşı oğlu Məhəmməd bəy yiyələnir. Vaqifdən xoşu gəlməyən Məhəmməd bəy onu oğlu Əli bəylə birlikdə öldürtdürür. Vaqifin evi talan olunur, əlyazmaları yandırılır. Qarabağda böyük mənsəb və nüfuz sahibi olan Molla Pənah Vaqifin həyatı belə bir faciəli sonluqla bitir.
Tədbirin sonunda Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi tərəfindən verilmiş fəxri fərmanlar Ağdam rayonunda fəaliyyət göstərən bir qrup mədəniyyət işçisinə- “Şur “ ansanbılının bədii rəhbəri Hüseyn Hüseynova, Qiyaslı kənd Uşaq Musiqi Məktəbinin fortepiano müəllimi Elnarə Əliyeva, Qaradağlı kənd Uşaq Musiqi Məktəbinin drijor müəllimi Roza Ağaməmmədova, Əfətli kənd Uşaq Musiqi Məktəbinin xormestri Nilufər Fərhadovaya təqdim olundu.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar