Sizin Reklam Burada
Xəbər lenti
19-11-2025
18-11-2025
BÜTÜN XƏBƏRLƏR

Sanatoriyada Xalq artistinə hörmətsizlik - Acıq edib çıxdı

Tarix: 13-06-2025 15:16     Baxış: 3229 A- / A+
Xalq artisti Tariyel Qasımova Bilgəh Kardioloji Sanatoriyasında hörmətsizlik olunub.
Manevr.az xəbər verir ki, bu barədə Qaynarinfo-ya aktyorun özü məlumat verib. Onun sözlərinə görə, buna səbəb aktyora "göndəriş"də göstərilən tək otağın verilməməsi olub:
"Bir həftə qaldım, çox pis şəraiti var, insanlara pis qulluq edirlər. Bu səbəbdən də acıq edib gedirəm. Acığın da dövlətə ziyanı var. Həmin sanatoriyada hər il oluram. Mənə gözəl qulluq ediblər, sənətkara, aktyora xüsusi diqqət olub. İndi oraya təzə rəhbərlik gəlib, davranışını, özünü idarə edə bilmir. "Göndərişim" var, orada hər şey qeyd edilib. Mən də həmin sənədə əsasən dedim ki, otaqda tək qalmaq istəyirəm. Mən həmişə tək qalmışam, adamla qala bilmirəm. Bu da normal bir şeydir. Direktor isə mənim otağıma ikinci bir adam göndərdi. Dedim ki, axı mənim sənədimdə tək adamlıq otaq yazılıb. Nə mənə baxdılar, nə də əlimdəki sənədə. Odur ki, acıq edib çıxdım".
Tariyel Qasımov bildirib ki, sanatoriyadan yarımçıq gəlsə də, direktor qəti onunla maraqlanmayıb:
"Belə şey olar, ildə bir dəfə "göndəriş" alırdım. O da batdı".
Qeyd edək ki, Bilgəh Kardioloji Sanatoriyasının direktoru kardioloq Afiyəddin İsgəndərovdur.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar