Xəbər lenti
Şuşada “Xarıbülbül” festivalının açılışı oldu

Manevr.az xəbər verir ki, Azərbaycan Prezidenti İlham Əliyevin “Üzeyir Hacıbəylinin 140 illiyinin qeyd edilməsi haqqında” Sərəncamından irəli gələrək builki festival dahi bəstəkar Üzeyir Hacıbəylinin anadan olmasının 140-cı ildönümünə həsr olunub.
Festivala Cıdır düzündəki açılış konsertində Üzeyir Hacıbəylinin “Ey Vətən” əsəri ilə start verilib. Konsertdə Üzeyir Hacıbəyli ilə, Arif Məlikov, Asəf Zeynallı, Əfrasiyab Bədəlbəyli, Fikrət Əmirov, Qara Qarayev, Müslüm Maqomayev, Niyazi, Oqtay Zülfüqarov, Tofiq Quliyevin əsərləri səslənib.
Bu il də “Xarıbülbül”ə yerli incəsənət xadimləri ilə yanaşı, digər ölkələrdən də musiqi kollektivləri və solo ifaçılar gəlib. Elə festivalın əsas məqsədlərindən biri də mədəni dialoqun inkişafına töhfə vermək, mütəxəssislər arasında fikir mübadiləsini təşviq etmək və gənc musiqiçilərin yaradıcılığını dəstəkləməkdir.
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

Ədəbiyyat
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
-Təranə Dəmir
- Sevil Nuriyeva
Emil Rasimoğlu
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar