Sizin Reklam Burada
Xəbər lenti
24-11-2024
23-11-2024
BÜTÜN XƏBƏRLƏR

"Bizdə istedadlı insanlar dünyasını dəyişəndən sonra dahiləşir"

Tarix: 05-07-2017 21:01     Baxış: 3585 A- / A+
"Bizdə istedadlı insanlar dünyasını dəyişəndən sonra dahiləşir"
Belimizi “yuxarı”ya bağlamayaq? Təbii ki, indi məndən eşidəkcəkləriniz çoxunuza xoş gəlməyə bilər. Hər şey kimi bu da öz işinizdir.
Əsas odur ki, azacıq da olsa vicdan məsələsindən xəbəri olanlar güman edirəm ki, mənimlə həmfikir olacaqlar. Deyirlər incəsənət qurban tələb edir. Hansı qurbanı deyirsiniz? Kiminsə qarşısında əyliməyi, “qapı döyməyi”, “yuxarı” nə deyirsə, elə olsun deyib susmağı?! Hansı birini deyim, saymaqla bitməz… Bu qədər rüsvayçılığın çox olmağına baxmayın. İstedadlı aktyorlarımız barmaqla sayılacaq qədər az qalıb. Doğrudanmı bizim üçün istedadlı insanlar ancaq dünyasını dəyişəndən sonra dahiləşir, yoxsa bu “yuxarı” dediklərimizin “möhür”lərinin nəticəsidir?! Hadisələrin gedişi onu göstərir ki, heç bu “yuxarı”ya “DUR” deyən də olmayacaq. Doğrusu bu addımı gözləmirəm də. Amma deyirlər ümid yaxşı şeydir. Belimizi “yuxarı”ya bağlaya bilməsək də, ümidlərimizə bağlayıb yaşamağa məcburuq. O ümidlə yaşayaq ki, ömrünü teatra həsr edən şərəfli və istedadlı aktyorlardan biri Kazım Abdullayev və bir çox dəyərli aktyorlarımız layiq olduqları pillədə dəyərləndiriləcəklər. Nəyi gözləyirsiniz Abdullayev də “qapı döysün”, “yuxarı”ya ağız açsın, yoxsa tamaşada rol almaqdan ötrü boyun büksün?! İndi hamı üstümə hücum çəkəcək ki, Kazım bəy yetərincə tamaşalarda çox yaxşı rolları ifa edir, hələ üstəlik filmlərdə də çəkilir. Ay millət, bilirəm, vallah bilirəm. Mənim toxunduğum məsələ isə tam başqa mövzudur. Məsələ bundadır ki, Kazım Abdullayevə çəkdiyi zəhmətin dəyəri layiqincə verilmir. Ömrünü teatr sənətinə həsr edən 64 yaşlı istedadlı aktyorun hələ də əməkdar artist olaraq sənətini davam etdirməyi kimin günahıdır?! Bunun təqsirini Kazım bəyin heç kəsə əyilməməyində görək, yoxsa aidiyyatı şəxslərin öz işində məsuliyyətsiz olmağında?! Hər il “xalq artisti” adına layiq görülən müğənnilərin səhnədə etdiyi rüsvayçılıqdan aşağıdır Kazım Abdullayevin sənəti?! K.Abdullayevin teatr və kino üçün çəkdiyi zəhmət, səsindən başqa hər şeyi olan müğənnilərin çəkisindən artıqdır desəm, müqayisədə qətiyyən yanılmaram. Biraz vicdanlı olun, cənablar! Ümid edirəm ki, gələn dəfə Kazım Abdullayev haqqında yazı yazanda “əməkdar artist” Kazım Adullayevdən yox, “xalq artisti” Kazım Abdullayevdən yazacağıq.

Əntiqə Səməndər

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar