Xəbər lenti
Xalq artisinin vəziyyəti pisləşdi - TƏCİLİ QAN LAZIMDIR
Lənkəran Dövlət Dram Teatrının aktrisası, Xalq artisti Böyükxanım Əliyevanın vəziyyəti nisbi stabildir.
Bunu publika.az-a açıqlamasında Xalq artistinin yerləşdirildiyi 1 saylı Kliniki Tibbi Mərkəzin həkimi Təranə Rüstəmova deyib.
Onun sözlərinə görə, B.Əliyevanın 10 ildir 12 barmaq bağırsağın xorasından əziyyət çəkir: “2-3 gündə evdə qanaxma olub, lakin xəstəxanaya yerləşdirilməyib. Dünən səhər saat 06 radələrində xəstəxanaya qanaxma ilə gətirilib. Onun hemoqlobini və təzyiqi çox aşağı idi. Görülən tədbirlər nəticəsində xəstənin qanaxmasını dayandırdıq. Burada olduğu müddətdə qanaxma təkrar olmayıb. Bununla yanaşı, xəstədə qanaxmadan anemiya yaranıb. Əvvəl xəstəliyinə görə müalicə alsa da, son 10 ildə müalicə edilməyib. Qəfildən evdə halı pisləşib. Dünən səhər saat 12-dən sonra vəziyyəti nisbətən stabilləşib. Hemoqlobini 46-dan 52-yə, təzyiqi isə 90/50-dən 110/160-a qaldırılıb”.
T.Rüstəmova anemiyaya görə Xalq artistinə mütəmadi qan vurulduğunu deyib:
“Qana ehtiyac olsa da, birdən-birə çoxlu qan vurmaq doğru deyil. Tibbi göstərişə uyğun olaraq qan vurulur. Hazırda xəstə özünü nisbətən yaxşı hiss edir”.
Gülxar
***
Lənkəran Dövlət Dram Teatrının aktrisası, Xalq artisti Böyükxanım Əliyeva xəstəxanaya yerləşdirilib.
Bu barədə aktyor Rəhim Rəhimov məlumat verib.
Onun sözlərinə görə, xalq artistinin vəziyyəti qəfil pisləşib və o, hazırda reanimasiyadadır.
R.Rəhimov həmçinin qeyd edib ki, Böyükxanım Əliyevaya təcili olaraq mənfi rezuslu 3-cü qrup qan lazımdır.
Qeyd edək ki, aktrisa 1945-ci ildə anadan olub. 72 yaşlı sənətçi ömrünün 42 ildən artıq bir dövrünü sənətə həsr edib.
Xatırladaq ki, B.Əliyevanın həyat yoldaşı, əməkdar artist Təvəkkül Əliyev bu ilin yanvarında 65 yaşında ürəktutmadan vəfat edib.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar