Sizin Reklam Burada
Xəbər lenti
23-08-2025
22-08-2025
BÜTÜN XƏBƏRLƏR

Cəmil Quliyev sədr təyin edildi

Tarix: 02-05-2025 16:48     Baxış: 4204 A- / A+



Mədəniyyət Nazirliyinin tabeliyində fəaliyyət göstərən Azərbaycan Respublikasının Kino Agentliyinin (ARKA) Müşahidə Şurasına sədr təyin edilib.
Manevr.az xəbər verir ki, mədəniyyət naziri Adil Kərimlinin əmri ilə bu vəzifəyə kinorejissor, Əməkdar incəsənət xadimi Cəmil Quliyev təyinat alıb. 
Qeyd edək ki, Cəmil Quliyev 1963-cü ildə Bakı şəhərində anadan olub. 1984-cü ildə Moskva şəhərində Ümumittifaq Kinematoqrafiya İnstitutunu kinorejissor ixtisası üzrə bitirib. 1984-cü ildən "Azərbaycanfilm" kinostudiyasında quruluşçu rejissor kimi çalışıb, bir çox sənədli və bədii filmlərə quruluş verib.
2006-2013-cü illərdə Azərbaycan Dövlət Film Fondunun direktoru, 2011-2013-cü illərdə "Mədəniyyət" kanalına, 2013-2018-ci illərdə İctimai Televiziya və Radio Yayımları Şirkətinə rəhbərlik edib.
O, eyni zamanda bir müddət Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının icraçı katibi işləyib. 2018-2019-cu illərdə Mədəniyyət Nazirliyinin Kinematoqrafiya şöbəsində Filmlərin qeydə alınması, təbliği və yayımı sektorunun müdiri olub. 2019-2020-ci illərdə "Azərbaycanfilm" kinostudiyasının direktoru vəzifəsində çalışıb. 2020-ci ildən Azərbaycan Dövlət Film Fondunun direktorudur.
2005-ci ildə "Əməkdar incəsənət xadimi" fəxri adına, 2018-ci ildə 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeninə layiq görülüb.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar