Sizin Reklam Burada
Xəbər lenti
BÜTÜN XƏBƏRLƏR

Azərbaycan Kino Agentliyinə müşavir təyin edildi

Tarix: 01-05-2025 18:46     Baxış: 3161 A- / A+


Mədəniyyət Nazirliyinin tabeliyində fəaliyyət göstərən Azərbaycan Respublikası Kino Agentliyinə müşavir təyinatı olub.
Manevr.az xəbər verir ki, müvafiq əmr ilə tanınmış kino aktyoru və rejissor Elxan Cəfərov bu vəzifəyə təyin edilib.
Elxan Pərviz oğlu Cəfərov 1967-ci ildə Bakı şəhərində anadan olub. Moskvada Ümumittifaq Kinematoqrafiya İnstitutunda təhsil alıb. 1990-cı ildə Akademik Milli Dram Teatrının nəzdində yeni yaradılan “Yuğ” teatr-studiyasında aktyor kimi fəaliyyətə başlayıb. 1995–1997-ci illərdə Azərbaycan Televiziyasında nəzdindəki “Proloq” studiyasının bədii rəhbəri olub.
Elxan Cəfərov məktəbli yaşlarından bir sıra filmlərdə (“Sevinc buxtası”, “Hazır ol, əlahəzrət”, “Şir evdən getdi”, “Mən mahnı qoşuram”, “Bağ mövsümü” və s.) çəkilib. O, rejissor kimi “Əlvida” (2007), “Əlavə təsir” (2010), “Dolu” (2012), “Yarımçıq xatirələr” (2015), "Cənnət yuxusu" (2025) və s. bədii filmləri lentə alıb.
Rejissor Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə 2016-cı ildə “Əməkdar incəsənət xadimi” fəxri adına layiq görülüb. “Dolu" filminə görə "Ən yaxşı rejissor işi" nominasiyasında "Qızıl Pəri" mükafatı ilə təltif olunub. Professional Kinorejissorlar Gildiyası İdarə heyətinin üzvüdür.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar