Sizin Reklam Burada
Xəbər lenti
BÜTÜN XƏBƏRLƏR

“Ulduz”un aprel sayı işıq üzü gördü

Tarix: 17-04-2025 19:57     Baxış: 4374 A- / A+


img
“Ulduz”un aprel sayı Aqşin Evrənin “Özüylə söhbəti və şeirləri” ilə açılır. 
Manevr.az xəbər verir ki, “Nəsr” rubrikası Cavid Zeynallının “25 il sonra”, Mirmehdi Ağaoğlunun “Ayda həyat var?”, Nuray Nəzərovanın “Anamın “Xoşbəxtlik qutusu”, Məhliqa Eyvazqızının “Alça ağacı”, Oğuz Ayvazın “Soyuducuya aşiq olan adam”, Maya İmranın “Qara xal” hekayələrini təqdim edir. 

Qulu Ağsəs “Nəsrin ... mərtəbəsi”ndə gənc yazıçı Məmməd Məmmədlinin kitabından söz açır.

“Şeir vaxtı”nda Sahibə Yusif, Təranə Dəmir, Namiq Dəlidağlı, Aysel Fikrət, Adil Həsənoğlu və Şəhriyar Heydərdi.

“Yazı masası”nda Taleh Mansurun qonağı məşhur yazıçı Çingiz Abdullayevdir. 

“Təbriz eli”ndə “Şahmat” əsəri ilə Əli Çağladır. 

“Tribuna”da Azər Fəraqi “Ürfan ədəbiyyatı İslamın budaq dili”ndən söz açır. 

“Tənqid”də Vaqif Yusifli “Zövlədən Ufaya: Baloğlan Cəlil” yaradıcılığını incələyir.

“Sənət”də Nəvai Metin “Səttar Bəhlulzadənin özünəməxsus üslubu, realizmə və kökə bağlılığı”nı günümzə daşıyır. 

Havar Şəfiyeva və Cabir Həsənin şeirləri  də “Ulduz”un aprel sayındadır. 

“Tərcümə saatı”  Fidan Vahidin tərcüməsində Corc Oruellin “Fili öldürdüm” hekayəsini oxucularla görüşdürür.

“Debüt”də “Sular hədiyyəsini geri alır” hekayəsi ilə Turqut Nəhmətlidir.

“Dərgidə kitab” filologiya elmləri doktoru Sərxan Xavərinin Məhəmməd Füzuli yaradıcılığından II yazısını təqdim edir. 

“Dərgidə sərgi”də rəsm əsərləri ilə  istedadlı məktəbli Xədicə Şahbazovadır. 

Manevr.az


Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar