Sizin Reklam Burada
Xəbər lenti
23-08-2025
22-08-2025
BÜTÜN XƏBƏRLƏR

“Bu sahəni təkcə Cahangir düzəldə bilməz...”

Tarix: 12-04-2025 17:09     Baxış: 4182 A- / A+

"Nə qədər ki, bəzi insanlar kinonu, teatrı idarə edirlər, o vaxta qədər də bu sahədə inkişafdan danışa bilməyəcəyik. Sənəti inkişaf etdirmək üçün bu işin qədrini bilmək lazımdır. Burada tanışlıq, qohumluq, rəfiqəlik olmamalıdır. Əsl sənətkar üçün yol açılmalıdır. O da çox təəssüf ki, bu gün yoxdur. Ona görə də aləm dəyib bir-birinə. Bu belə də olmalı idi. Həddən artıq pərakəndəlikdir. Çox şeyləri mən xırdalamaq istəmirəm. Hər bir vəzifədə olan insan Azərbaycan xalqının mənliyini, şəxsiyyətini, onun mədəniyyətini doğma hesab etməyənə qədər belə olacaq".
Manevr.az xəbər verir ki, bunu medianews.az-a açıqlamasında Xalq artisti Rasim Balayev deyib.
Sənətkar Milli Məclisin Mədəniyyət Komitəsinin üzvü Səyyad Aranın Xalq artisti Cahangir Novruzovun ölkəyə qayıtması ilə bağlı təklifinə də münasibət bildirib: "Cahangir çox istedadlı insandır, sənətkardır. Türkiyədə teatr yaradıb, dərs deyir. Niyə burada işləməli deyil ki, gedib orada çalışır? Çox istərdim ki, gəlib Azərbaycanda, öz doğma vətənində işləsin. Həm aktyor, həm də rejissor kimi çox istedadlıdır. Amma bu sahəni təkcə Cahangir düzəldə bilməz. Bu, bir nəfərlə olmur.
Teatr, kino kollektiv sənətdir. Şairlik, bəstəkarlıq individual sənətdir, gedib Şamaxının dağında da oturub mahnı yazmaq, yaxud bəstələmək olar. Amma teatr və kino çətin sənətdir. Rəhmətlik Səməndər Rzayev demiş, həm qəlizdir, həm də maraqlı. Ona görə də bu işlərin qədrini bilən adamlar lazımdır. Müəyyən situasiya var ki, o həll olunmayana qədər sənət belə qalacaq, hamı bir-birinə nifrət edəcək. Çünki əksər adamlar yerində deyil".
Qeyd edək ki, C.Novruzov hazırda Adanada Çuxurova Universitetinin Dövlət Konservatoriyasının teatr bölməsində çalışır. O, Türkiyəyə getməzdən əvvəl Azərbaycanda bir sıra teatrlarda quruluşçu rejissor və baş rejissor vəzifələrində işləyib, eyni zamanda bir çox televiziya tamaşaları və filmlərdə müxtəlif rolları canlandırıb.


Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar