Xəbər lenti
“Sofulular” kitabının təqdimatı olub -FOTOLAR
Qədim türklərin, o cümlədən Azərbaycan türklərinin böyük tayfalarından olan “Sofulular”ın tarixindən, onların məskunlaşdıqları coğrafiya, adət-ənənələr, məişət, təsərrüfar həyatı, maddi-mənəvi dəyərləri tarixi mənbələr əsasında araşdırılaraq tərtib olunan “Sofulular” kitabının təqdimatı oldu.
Tədbirdə çıxış edən Əlqəmə Quliyev, AMEA-nın müxbir üzvü, AMEA Torpaqşünaslıq və Aqrokimya İnstitutunun direktoru Əlövsət Quliyev, BDU-nun mexanika-riyaziyyat fakultəsinin idarəetmə nəzəriyyəsinin riyazi üsulları kafedrasının müdiri, fizika-riyaziyyat elmləri doktoru, professor Məmməd Yaqubov, Bakı Slavyan Universitetinin prorektoru, professor Turab Əhmədov, Azərbaycan Yazıçılar Birliyinin üzvü, şair-publisist Rəfail Tağızadə, Azərbaycan Yazıçılar Birliyinin və Azərbaycan Jurnalistlər Birliyinin üzvü, yazıçı-publisist Xeybər Göyyallı, AMEA-nın A.A.Bakıxanov adına Tarix İnstitutunun İnformasiya mərkəzinin rəhbəri, tarix üzrə fəlsəfə doktoru Elmar Məhərrəmov, kimya üzrə fəlsəfə doktoru Firudin Quliyev və başqa sofulular yaşadıqları bölgədəki sofulular haqqında məlumat verib, bu kitabın “Sofulular” üçün çox vacib və son dərəcə əhəmiyyətli kitab olduğunu söylədilər. “Sofulular”ın axtarılıb tapılmasında çox böyük əziyyət çəkmiş, uzun illər araşdırma apararaq biri-birinə doğma, qohum olan insanları bir araya gətirdiyinə, tanıtdığına görə kitabın müəllifi İdrak Rəhimoğluna təşəkkürlərini bildirdilər.
İdrak Rəhimoğlu uzun araşdırma və dərviş kimi axtarışlardan sonra bu insanları bir yerdə görməyin, müxtəlif bölgələrdə yaşayan sofulular haqqında məlumatların bir kitab halında ərsəyə gəlməsinin sevincini tədbir iştirakçıları ilə bölüşdü. Sofuluların biri-birindən əsrlərlə uzaq düşməsinə baxmayaraq adət-ənənənin, məişətin, ləhcə və ancaq onlara məxsus olan ifadə və sözlərin bugünə qədər qorunub saxlanılmasından, yeni tanıdıqları sofuluların elə ilk andan onu necə doğma və mehribanlıqla, çoxdan gözlədiyi əzizi kimi qarşıladıqlarından danışdı.
Sofuluların lap qədimdən Şərqi Anadoludan başlayaraq Azərbaycanın geniş bir coğrafi ərazidə - Zəngəzur, Qubadlı, Cəbrayıl, Ağdam, Tovuz, Qazax, Gəncə, Şabran rayonlarında məskunlaşdıqlarını qeyd etdi.
Sofuluların stolüstü kitabı olacaq “Sofulular” kitabı sofuluların öyrənilməsi sahəsində ilk uğur, gələcək nəsillər və tarixi araşdırmaçılar üçün bir mənbə rolunu oynayacaq.
Rəfail Tağızadə
Manevr.az
(Kitabı “Elmlər Akademiyası” metrostansiyasının köhnə çıxışı ilə üzbəüz və Sumqayıt şəhər Bazarının yanındakı “Cavid” Ticarət Mərkəzi ilə üzbəüz kitab dükanlarından əldə etmək olar)
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar