Xəbər lenti
Yaddaşlarda qalan iz
Şəmsi Şəmsizadənin əziz xatirəsinə
İncəsənət – insan ruhunun duyğularla rəngləndiyi və düşüncələrlə toxunduğu bir kətandır. Bu kətan üzərində hər aktyorun izi və rəngi görünür.
Aktyor səhnədə varlıq deyil, vəhydir – həyatın dərin qatlarını səsə, hərəkətə və nura çevirir. Hər çıxışı ilə sirr açır, səhnəni mənanın nəfəs aldığı yerə çevirir.
Teatr və kino səhnələri kimi həyat da bəzən parlaq ulduzlarla, bəzən də kölgədə qalan, lakin daxili işığı ilə yolumuzu aydınladan simalarla doludur. Şəmsi Şəmsizadə məhz belə sənətkarlardan idi.
Azərbaycanın köklü ailələrindən birində, Ağdam torpağında göz açmışdı. Atası – əməkdar artist, Ağdam Dövlət Teatrının baş rejissoru Heydər Şəmsizadə – teatr səhnəsinin təməl daşlarından sayılırdı. Ömrünü sənətə həsr edən bu fədakar insan, həm səhnəyə, həm də ailəsinə bağlılığı ilə nümunə olmuşdu. Belə bir mühitdə, səhnənin nəfəsini evində hiss edən övlad kimi böyümək Şəmsinin taleyinə yazılmışdı.
İlk təhsilini Ağdam şəhəri 1 saylı tam orta məktəbdə alan Şəmsi, uşaq yaşlarından teatrın sehrinə düşmüşdü. Daha sonra yolunu Bakı İncəsənət Universitetinin aktyorluq fakültəsinə yönəltdi. Üz cizgiləri ekrana çox yaraşırdı- baxışlarında sakit, dərin duyğu gizlənirdi. Belə duyğular onu həm kinoda, həm də teatrda çoxsaylı rollara daşıdı. Təkcə epizodik yox, baş rollarda da çıxış etdi, hətta atası ilə eyni səhnəni paylaşdı – bu, həm oğul, həm də aktyor üçün əvəzolunmaz an idi. Lakin o, atasının şöhrətindən istifadə etmədi. Öz yolunu tapdı, bütün uğurlarını zəhmət və əzmlə qazandı. Xarakterli, dəyərli insan idi. Səmimiyyəti, təvazökarlığı, insanlara olan isti münasibəti ilə yadda qalırdı. Səhnədə yaratdığı obrazlar nə qədər real idisə, həyatda da bir o qədər doğma idi.
Şəmsi Şəmsizadə aktyorluqla yanaşı atalıq duyğusunu da böyük səhnə kimi yaşadı. Oğlu Ülvi həyatının baş roluna çevrilmişdi. Hər baxışı, hər gülüşü onun üçün tamaşa, böyük sevinc idi. Lakin həyat, bəzən səhnənin arxasında gizlənən faciəni də səssizcə gətirir. Şəmsi Şəmsizadəni erkən yaşlarında bizdən alan amansız xəstəlik, yalnız bir ömrü deyil, həm də sənət yolçusunu yarımçıq qoydu.
Amma unudulmayan aktyorlar səhnədə yox, yaddaşlarda yaşayır. Şəmsi Şəmsizadə də yaddaşlarda qalan səhnədir – işıqlı, duyğulu, səmimi.
Haşiyə:
Şəmsi Şəmsizadə 1946-cı il yanvarın 30-da Ağdam şəhərində ziyalı ailəsində dünyaya gəlib. Atası Heydər Şəmsizadə — əməkdar artist, rejissor və aktyor kimi Azərbaycan mədəniyyətində özünəməxsus yer tutmuş sənətkar olub. Anası Validə xanım isə məşhur Xələfbəyovlar nəslinə mənsub, Şuşa bəyi Həşim Xələfovun qızı idi. Bu ailənin mənəvi və mədəni irsi Şəmsi Şəmsizadənin xarakterində və sənət yolunda öz əksini tapmışdır.
İlk təhsilini Ağdam şəhəri 1 saylı tam orta məktəbdə almış, sonralar Azərbaycan Dövlət İncəsənət İnstitutunda(indiki ADMİU) ali təhsil alaraq aktyorluq sənətinə peşəkar şəkildə qədəm qoymuşdur.
1975-ci ildən etibarən kino sahəsində fəaliyyət göstərmiş, 40-a yaxın filmdə epizodik rollarda çıxış etmişdir. Teatr səhnəsində də müxtəlif obrazlara həyat vermiş, səhnənin və ekranın səmimi nəfəsini qoruyub yaşatmışdır.
1989-cu ildə ailə həyatı qurmuş, 1991-ci ildə bir oğlu dünyaya gəlmişdir.
Şəmsi Şəmsizadə 2007-ci il sentyabrın 26-da vəfat etmişdir. Ruhuna salam olsun!

Mənsurə XƏLƏFBƏYLİ
yazıçı- publisist, AYB- nin üzvü
"Turan" ədəbi məclisinin həmsədri
Prezident mükafatçısı
Manevr.az

Aktyor səhnədə varlıq deyil, vəhydir – həyatın dərin qatlarını səsə, hərəkətə və nura çevirir. Hər çıxışı ilə sirr açır, səhnəni mənanın nəfəs aldığı yerə çevirir.
Teatr və kino səhnələri kimi həyat da bəzən parlaq ulduzlarla, bəzən də kölgədə qalan, lakin daxili işığı ilə yolumuzu aydınladan simalarla doludur. Şəmsi Şəmsizadə məhz belə sənətkarlardan idi.
Azərbaycanın köklü ailələrindən birində, Ağdam torpağında göz açmışdı. Atası – əməkdar artist, Ağdam Dövlət Teatrının baş rejissoru Heydər Şəmsizadə – teatr səhnəsinin təməl daşlarından sayılırdı. Ömrünü sənətə həsr edən bu fədakar insan, həm səhnəyə, həm də ailəsinə bağlılığı ilə nümunə olmuşdu. Belə bir mühitdə, səhnənin nəfəsini evində hiss edən övlad kimi böyümək Şəmsinin taleyinə yazılmışdı.
İlk təhsilini Ağdam şəhəri 1 saylı tam orta məktəbdə alan Şəmsi, uşaq yaşlarından teatrın sehrinə düşmüşdü. Daha sonra yolunu Bakı İncəsənət Universitetinin aktyorluq fakültəsinə yönəltdi. Üz cizgiləri ekrana çox yaraşırdı- baxışlarında sakit, dərin duyğu gizlənirdi. Belə duyğular onu həm kinoda, həm də teatrda çoxsaylı rollara daşıdı. Təkcə epizodik yox, baş rollarda da çıxış etdi, hətta atası ilə eyni səhnəni paylaşdı – bu, həm oğul, həm də aktyor üçün əvəzolunmaz an idi. Lakin o, atasının şöhrətindən istifadə etmədi. Öz yolunu tapdı, bütün uğurlarını zəhmət və əzmlə qazandı. Xarakterli, dəyərli insan idi. Səmimiyyəti, təvazökarlığı, insanlara olan isti münasibəti ilə yadda qalırdı. Səhnədə yaratdığı obrazlar nə qədər real idisə, həyatda da bir o qədər doğma idi.

Amma unudulmayan aktyorlar səhnədə yox, yaddaşlarda yaşayır. Şəmsi Şəmsizadə də yaddaşlarda qalan səhnədir – işıqlı, duyğulu, səmimi.
Haşiyə:
Şəmsi Şəmsizadə 1946-cı il yanvarın 30-da Ağdam şəhərində ziyalı ailəsində dünyaya gəlib. Atası Heydər Şəmsizadə — əməkdar artist, rejissor və aktyor kimi Azərbaycan mədəniyyətində özünəməxsus yer tutmuş sənətkar olub. Anası Validə xanım isə məşhur Xələfbəyovlar nəslinə mənsub, Şuşa bəyi Həşim Xələfovun qızı idi. Bu ailənin mənəvi və mədəni irsi Şəmsi Şəmsizadənin xarakterində və sənət yolunda öz əksini tapmışdır.
İlk təhsilini Ağdam şəhəri 1 saylı tam orta məktəbdə almış, sonralar Azərbaycan Dövlət İncəsənət İnstitutunda(indiki ADMİU) ali təhsil alaraq aktyorluq sənətinə peşəkar şəkildə qədəm qoymuşdur.
1975-ci ildən etibarən kino sahəsində fəaliyyət göstərmiş, 40-a yaxın filmdə epizodik rollarda çıxış etmişdir. Teatr səhnəsində də müxtəlif obrazlara həyat vermiş, səhnənin və ekranın səmimi nəfəsini qoruyub yaşatmışdır.
1989-cu ildə ailə həyatı qurmuş, 1991-ci ildə bir oğlu dünyaya gəlmişdir.
Şəmsi Şəmsizadə 2007-ci il sentyabrın 26-da vəfat etmişdir. Ruhuna salam olsun!

Mənsurə XƏLƏFBƏYLİ
yazıçı- publisist, AYB- nin üzvü
"Turan" ədəbi məclisinin həmsədri
Prezident mükafatçısı
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

Ədəbiyyat
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
-Təranə Dəmir
- Sevil Nuriyeva
Emil Rasimoğlu
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar