Xəbər lenti
Sumqayıtda uşaqlar üçün əyləncə saatı təşkil edilib -FOTOLAR
Manevr.az-a verilən xəbərə görə, Sumqayıt Regional Mədəniyyət və Turizm İdarəsinin təşəbbüsü ilə yay mövsümü ilə əlaqədar olaraq Sumqayıt şəhər S.Vurğun adına Mərkəzi Kitabxananın uşaq şöbəsi açıq səma altında uşaqlar üçün əyləncə saatı təşkil edib.
Uşaqların mütaliəyə marağının artırılması və asudə vaxtının səmərəli təşkili məqsədilə keçirilən tədbirdə oxucular və şəhər sakinləri “Yay+Kitab=Mən” başlığı altında tərtib olunan səyyar sərgi ilə yaxından tanış olublar. Bundan əlavə, oxuculara “1 Yazıçı – 1 Kitabxana” layihəsi çərçivəsində Hüseyn Abbaszadənin 95 illiyi ilə əlaqədar təşkil edilmiş kitablarından ibarət sərgi haqqında məlumat verilib.
Tədbir boyu uşaqlar yaşıllığın qoynunda əyləşərək kitab oxuyub, şeir söyləyib, şahmat, domino və digər əyləncəli oyunlar oynayıblar.
Tədbir boyu uşaq şöbəsinin oxucusu Nihad Məmişovun tarda ifası təkcə oxucuları deyil, şəhər sakinlərinin də marağına səbəb olub.
Xatırladaq ki, yay mövsümü ilə əlaqədar olaraq kitabxana kollektivləri tərəfindən acıq səma altında silsilə tədbirlər davam edəcək.
Sumqayıt Regional Mədəniyyət və Turizm idarəsinin
Mətbuat xidməti
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

Ədəbiyyat
Kriminal
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
-Təranə Dəmir
- Sevil Nuriyeva
Emil Rasimoğlu
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar