Sizin Reklam Burada
Xəbər lenti
23-08-2025
22-08-2025
BÜTÜN XƏBƏRLƏR

"91 yaşım var, gözləyirlər ki, ölüm, sonra həmin ordeni versinlər?!” – Xalq artisti Ceyran Haşımova

Tarix: 29-03-2025 17:31     Baxış: 4154 A- / A+


 
“Təzyiqdən əziyyət çəkirəm, gah qalxır, gah da düşür. Ürəyim də zəifdir. Çölə çıxa bilmirəm, evin içində o tərəfə, bu tərəfə gəzirəm”.
Manevr.az bildirir ki, bunu musavat.com-a 91 yaşlı Xalq artisti, tarzən Ceyran Haşımova deyib.
O bildirib ki, mart ayını çox ağır keçirib:
“Təzyiqim oynayır, taqətdən düşmüşəm. Heç yerə gedə bilmirəm. Əlim, ayağım buz kimi olur. Həkim deyir ki, çölə çıxmalıyam, hava almalıyam. Mənim isə buna halım yoxdur. Gəlinim, nəvələrim gəlib mənə baş çəkirlər. “Lalə” qızlar ansamblının üzvləri yanıma gəlir. Tək deyiləm, çəkdiyim zəhmətin bəhrəsini görürəm.
Sadəcə məni üzən budur ki, Azərbaycanda yeganə Xalq artisti qadın tarzən mənəm. Amma indiyə kimi “Şöhrət” ordeni almamışam. Mən çox gözlədim ki, əziyyətimə qiymət veriləcək, lakin bu olmadı. Mənə niyə “Şöhrət” ordeni düşməsin ki?! Bu orden veriləndə əlimə pul gəlməyəcək, sadəcə olaraq yaşamaq üçün stimuldur. 25 il dərs demişəm, tələbələr yetişdirmişəm. Mədəniyyət Nazirliyi deyir ki, bu məsələyə baxılacaq. Nə zaman? 91 yaşım var, gözləyirlər ki, ölüm, sonra versinlər?!
Oğlum Rəşad Haşımov deyir ki, ay ana, nəyinə lazımdır? Amma bu, mənə pis təsir edir, stress keçirirəm”.


Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar