Xəbər lenti
O, hamının sevimlisinə çevrilib

Hər kəs bir ömür yaşayır. Kiminin həyat yolu hamar, rahat, kiminin isə daşlı-kəsəkli olur. Elə ömür sürəsən ki, haqqında ancaq xoş sözlər deyilsin. Gülnaz xanım da enişli-yoxuşlu, çətinlik və zəhmətlə dolu bir ömür yaşayır. İşindən zövq alır, zəhməti, bacarığı ilə hörmət qazanmaq istəyir.
Qusar rayonunda qulluqçu ailəsində dünyaya göz açan Gülnaz Səfərovanın bu günlərdə 70 illik yubileyi qeyd edildi. Jurnalist olmaq arzusu ilə yaşayan bu xanımı tale Azərbaycan Dövlət Universitetinin (indiki BDU) kitabxanaçılıq fakültəsinin axşam şöbəsinə aparıb. Həyatda qarşısına çıxan çətinliklərdən zəkasının, iradəsinin, əməksevərliyinin sayəsində alnıaçıq, üzüağ çıxıb. Həyat və fəaliyyətini Sumqayıtla bağlayan Gülnaz xanım uzun müddət şəhərimizin kitabxanalar sistemində çalışıb, oxucuların hörmətini qazanıb. Rəhbərlik etdiyi kitabxanalarda hər kəs ondan razılıq edib. Kitab təbliğatı və mədəni həyatımızla bağlı mətbuatda dərc olunan yazıları maraqla qarşılanıb.

İlhamə MƏHƏMMƏDQIZI
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

Ədəbiyyat
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
-Təranə Dəmir
- Sevil Nuriyeva
Emil Rasimoğlu
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar