Sizin Reklam Burada
Xəbər lenti
06-09-2025
05-09-2025
BÜTÜN XƏBƏRLƏR

Ziyadxan Əliyev vəfat etdi

Tarix: 16-03-2025 21:52     Baxış: 3214 A- / A+


Sənətşünaslıq üzrə fəlsəfə doktoru, Azərbaycan təsviri sənətinin müxtəlif sahələrini, onun inkişaf tendensiyalarını, ayrı-ayrı sənətkarların yaradıcılığının ardıcıl araşdırmaçısı, Əməkdar incəsənət xadimi Ziyadxan Əliyev vəfat edib.
Manevr.az xəbər verir ki, bu barədə onun yaxınları məlumat yayıb.
Z.Əliyev 1948-ci il iyul ayının 1-də Şəmkirdə anadan olub. Sənətşünaslıq fəaliyyətinə 1980-ci ildə Azərbaycan Dövlət İncəsənət Muzeyində başlayıb. Əvvəlcə elmi işçi, sonra isə "Qərbi Avropa və rus incəsənəti" elmi şöbəsinin müdiri vəzifəsində çalışıb. Burada 1993-cü ilə qədər davam edən fəaliyyəti dövründə dünya və milli təsviri sənətimizin öyrənilməsi, təbliği sahəsində səmərəli fəaliyyət göstərib.
Ziyadxan Əliyev Azərbaycan təsviri sənətin müxtəlif sahələrinə aid çoxsaylı elmi və publisistik məqalələrin müəllifidir. Tələbə illərində "Qobustan" jurnalında "Şamaxının qədim abidələri" adlı ilk məqaləsini çap etdirməklə sənətşünaslıq elminə qədəm qoyub. Onun yüzdən çox elmi məqaləsi həm Azərbaycanda, həm də xarici dövlətlərin nüfuzlu jurnallarında dərc olunub.
Sənətşünasın təşəbbüsü və axtarışları nəticəsində hələ 1989-cu ildə Azərbaycan Dövlət İncəsənət Muzeyində respublikada ilk dəfə olaraq xarici ölkələrdə yaşayan azərbaycanlı rəssamların əsərlərindən ibarət "Əzizim Vətən yaxşı” adlı tarixi sərgi təşkil olunub.
Azərbaycan təsviri sənətinin inkişafındakı xidmətlərinə görə 2006-cı ildə Əməkdar incəsənət xadimi fəxri adı ilə təltif olunub.
Allah rəhmət eləsin.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar