Sizin Reklam Burada
Xəbər lenti
23-08-2025
22-08-2025
BÜTÜN XƏBƏRLƏR

"Oğlum gedib şəhid oldu, sən isə gizləndin"

Tarix: 13-02-2025 13:09     Baxış: 4235 A- / A+
Xalq artisti Əli Nur aktyor Cavidan Novruzun ünvanına qalmaqallı sözlər deyib.
Manevr.az xəbər verir ki, aktyor Cavidanın Akademik Milli Dram Teatrından qovulmasını istədiyini bildirib. Buna səbəb isə Cavidanın "Atamın dəfnində təmtəraqlı çıxışlar olmadı. Əli Nurun ora gəlməsinin bir mənası yox idi" sözləri olub.
Əli Nur "Künc-bucaq" yutub layihəsində bildirib ki, Xalq artisti Ramiz Novruzun dəfn mərasimində özü öndə gedib, bir çox təşəbbüslər irəli sürüb:
"Ramiz Novruz vəfat edəndə getdim, gördüm ki, orada Mədəniyyət nazirliyinin və digər qurumların nümayəndələri yoxdur. Saat 2 idi dəfn haqda heç nə deyilmirdi. Dedim ki, Ramiz Novruz seçilmiş aktyordur, ona qarşı etinatsızlıq olmaz. Saat 3-dən sonra nazirliyin, icra hakimiyyətin nümayəndəsi gəldi. Tabutu qaldıranda dedim dayanın, orada onun mədəniyyətimizə etdiyi xidmətlərdən danışdım. Məclisi də mən apardım. İndi baxıram ki, Cavidan deyir ki, atamın yasını pozan teatrın yaşlı aktyorları oldu. Başda da Əli Nur, onu öyrədib gətiriblər. Guya, taetrın yaşlı nəsli Ramiz Novruzun ölümünə sevinir".
Əli Nur əlavə edib ki, Cavidanın teatrdan uzaqlaşdırılması üçün Mədəniyyət Nazirliyinə müraciət edəcək:
"Cavidan, teatra gələn gənc intriqaçı aktyorlar qovulub. Sən dünənki uşaq oturub teatrı tənqid edirsən? Mənim oğlum gedib şəhid oldu, sən isə gizləndin. Hikmət Rəhimov deyir, bu teatrı saymıram. Onu şişirtmişdilər, baş rol verirdilər. Ziya Ağa, Hikmət Rəhimov, Cavidan virusdur. Mədəniyyət nazirinin qarşısına məsələni qoyacam, o, teatrdan getməlidir. Hazırda əlimdə yeni rolun məşqi var. Bitsin, nazirliyə gedəcəm. Bu viruslar haradan gəlib teatra düşüblər? Sənin kimi iki virus var idi (Hikmət Rəhimov və Ziya Ağa - red.), qovulmalı idi, amma ərizəsi ilə çıxdı. Atan teatrda aktyorların çoxu ilə düşmən idi. Utanmırsan atanın çalışdığı yeri təhqir edirsən? Cavidan Novruz, sən teatrdan getməlisən".axşam.az



Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar