Xəbər lenti
"Təhsil" nəşriyyatının direktoru Bəhruz Axundov vəfat edib

"Təhsil" nəşriyyatının baş direktoru, Azərbaycan Naşirlər və Poliqrafçılar Birliyinin sədri Bəhruz Axundov vəfat edib.
B. Axundov uzun sürən xəstəlikdən sonra dünyasını dəyişib.
Mərhum Bakıda dəfn olunacaq.
B. Axundov 1954-cü il yanvarın 2-də Ağdamda ziyalı ailəsində anadan olub.
1977-ci ildə ADU-nun (indi BDU) Jurnalistika fakültəsini bitirib. “Azərbaycan” nəşriyyatında müxtəlif vəzifələrdə (1981–1984) çalışıb, Azərbaycan Respublikası Maarif Nazirliyi mətbəəsinin direktoru (1985–1992) olub.
Onun rəhbərliyi ilə yüzlərlə adda dərslik və dərs vəsaiti, ictimai-siyasi, elmi-kütləvi, bədii-publisistik ədəbiyyatlar və akademik nəşrlər işıq üzü görüb.
Naşiri olduğu, 6 dildə nəşr edilən “Qarabağ real tarix, faktlar, sənədlər” kitabı 2005-ci ildə beynəlxalq “Kitab sənəti” müsabiqəsinin qalibi olub, 2012-ci ildə Azərbaycan Respublikasının “Dövlət mükafatı”na layiq görülüb.
Bəhruz Axundov 2006-cı ildən Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində müəllim, baş müəllim, 2011-ci ildən isə dosent vəzifəsində çalışıb. apa
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

Ədəbiyyat
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
-Təranə Dəmir
- Sevil Nuriyeva
Emil Rasimoğlu
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar