Sizin Reklam Burada
Xəbər lenti
16-10-2025
15-10-2025
BÜTÜN XƏBƏRLƏR

Şeyx Əbdül Rasim Balayevi tənqid etdi: "Yubileyimi təbrik də etmədi"

Tarix: 10-02-2025 14:29     Baxış: 3279 A- / A+
Şeyx Əbdül Rasim Balayevi tənqid etdi:
"Xəstəyəm, amma buna baxmayaraq, son enerjimi "Azərbaycanfilm" kinostudiyasının bərpa olunmasına sərf edəcəyəm ki, meyitxana dirilsin. Bu sənətdə hamı özü üçündür, heç kəs kinostudiyanın qapısını açıb içəri girmək istəmir".
 
Manevr.az
bildirir ki, bunu qaynarinfo-ya açıqlamasında Xalq artisti Şeyx Əbdül  Mahmudbəyov deyib. 

Aktyor hesab edir ki, bu gün heç kəs sənətkara qiymət vermir:

"Bu gün şəxsi maraqlarına, nəfisinə, cibinə xidmət edən insanların cəmiyyətində yaşayırıq. Ona görə də sənətkara qiymət vermək adlı şey yoxdur. Çünkü çörəyi çörəkçiyə verərlər. Kinonun yiyəsi rejissordur. Aktyor kinonun sahibi ola bilməz. İndi iki aktyor Azərbaycan kinosuna rəhbərlik edir. Onların heç biri 40 ildir kinostudiyanın qapısını tanımır. Heç bilmirlər ki, kinostudiyanın qapısı hardadır. Mən deyən kimi hamı üstümə tökülür. Rasim Balayev mənim 80 illik yubileyimi təbrik də etmədi".

Xalq artisti kinoya, sənətə hörmət etməyənlərin qapısını döymək düzgün deyil: 

"Mən şeyx balasıyam, dilənməyi bacarmıram. Mən sənət adına böyük  ideyalarla gəlmişdim. Böyük ustadlar getdilər, yerində çör-çöplər qalıb, mən də onlarla ünsiyyət qurmuram".



Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Oktyabr 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar