Sizin Reklam Burada
Xəbər lenti
16-10-2025
15-10-2025
BÜTÜN XƏBƏRLƏR

“Azərbaycan Atabəyləri” Laçında təqdim edildi

Tarix: 09-02-2025 17:21     Baxış: 3179 A- / A+


“Azərbaycan Atabəyləri” bədii-sənədli filminin növbəti təqdimatı Laçın şəhərindəki “Lacinema” Kino Mərkəzində baş tutub.
Manevr.az xəbər verir ki, film təqdimatından öncə şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edilib.
Laçın rayonunda Azərbaycan Prezidentinin xüsusi nümayəndəsi Məsim Məmmədov filmin təqdimatının Laçında keçirilməsinə görə yaradıcı heyətə öz təşəkkürünü bildirib.
“Azərbaycan Atabəyləri” bədii-sənədli filminin prodüseri və ssenari müəllifi Sərvər Bayramov isə bildirib ki, filmin Laçında təqdim edilməsində məqsəd “Böyük Qayıdış” proqramı çərçivəsində öz doğma torpaqlarına, dədə-baba yurduna dönən laçınlılar və ətraf ərazilərdə yaşayan soydaşlarımızın asudə vaxtlarının səmərəliliyinə töhfə verməkdir. Həmçinin, zəngin tarixi irsimizi, xalqımızın qəhrəmanlıq səlnaməsini gündəmə gətirməklə əlavə qürur mənbəyi formalaşdırmaqdır: ”Film Laçında və ətraf ərazilərdə bərpa olunan həyatın ahənginə rəng qatacaq. Bu filmdə Zəngəzur mövzusu və Vətən Müharibəsi, şanlı Zəfərlə bağlı şüuraltı mesajların yer alması, günümüzlə müəyyən tarixi paralellərin aparılması ideoloji mahiyyəti etibarilə xüsusi əhəmiyyət kəsb edir. Eyni zamanda mövzu məkan anlamında Şərqi Zəngəzur – Laçın üçün səciyyəvidir və azad ərazilərdə nümayişi rəmzi məna daşıyır”.
Bildirilib ki, “Azərbaycan Atabəyləri” bədii-sənədli filmi milli dövlətçiliyimizin, mədəniyyətimizin intibah dövrü sayılan 12-13-cü əsrləri əks etdirir.
Xalq artisti Mehriban Zəki filmin Laçında təqdimatını böyük uğurun başlanğıcı adlandırıb: “Biz arzularımıza çatmışıq. İndi tam təhlükəsiz bir şəraitdə Laçında, dağlar qoynunda film izləyirik. Hər birinizi bu gün münasibətilə təbrik edirəm”.
Sonra “Azərbaycan Atabəyləri” bədii-sənədli filminin nümayişi olub. Təqdimatda şəhid ailələri, qazilər, Laçın sakinləri və ətraf ərazilərdə yaşayan vətəndaşlar iştirak ediblər.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Oktyabr 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar