Xəbər lenti
Azərbaycanla Ukrayna arasında dostluq və diplomatik əlaqələrin 25 illiyinə həsr olunmuş konsert keçirilib
Manevr.az-a verilən xəbərə görə, Sumqayıt Regional Mədəniyyət və Turizm idarəsinin təşəbbüsü ilə Sumqayıt şəhər “Dostluq” mədəniyyət evi Ukrayna Respublikasının Azərbaycandakı səfirliyi ilə birgə Azərbaycanla Ukrayna arasında dostluq və diplomatik əlaqələrin qurulmasının 25 illiyinə həsr olunmuş konsert keçirib.
Sumqayıt Dövlət Dram Teatrında baş tutan tədbirdə “Dostluq” mədəniyyət evinin “Xəzri” mahnı və rəqs ansamblı, “Səmt” estrada qrupu və uşaqlardan ibarət “Start” estrada qrupu qala-konsert proqramı ilə çıxış ediblər.
Konsert səfirlik nümayəndələri, qonaqlar və tamaşaçılar tərəfindən maraqla qarşılanıb.
Ukrayna Respublikasının Azərbaycandakı səfirliyinin nümayəndəsi xanım Valentina Volkova tədbirdə çıxış edərək konsertdən məmmun qaldığını və belə bir proqramın təşkilinə görə şəhər rəhbərliyinə, Sumqayıt Regional Mədəniyyət və Turizm idarəsinə, eyni zamanda “Dostluq” mədəniyyət evinə təşəkkürünü bildirib, əməkdaşlıq əlaqələrinin davam etdirilməsi üçün səylərini birləşdirəcəyini bildirib.
Sumqayıt Regional Mədəniyyət və Turizm idarəsinin
Mətbuat xidməti
Xəbəri paylaş
Çox oxunanlar



Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Ədəbiyyat
Şou-biznes
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Fərasət Babazadə
İttifaq MİRZƏBƏYLİ
Emil Rasimoğlu
Sevinc QƏRİB
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar