Xəbər lenti
Arif Səfiyevin “Dramaturgiyamız komizm işığında” kitabı işıq üzü görüb

Kitabı filologiya üzrə fəlsəfə doktoru, dosent Safurə Quliyeva tərtib edərək çapa hazırlayıb. Elmi redaktoru filologiya elmləri doktoru, professor Şirindil Alışanlıdır. Kitabın rəyçiləri filologiya üzrə fəlsəfə doktorları, dosentlər Hicran Nəsibova və Tahir Məsimovdur.
528 səhifəlik kitab “Elm və təhsil” nəşriyyatında çap olunub. Alimin 70 illiyi münasibətilə filologiya elmləri doktoru Şamil Salmanovun yazdığı “Janra sədaqət” və 75 illiyində filologiya elmləri doktoru Zaman Əsgərlinin yazdığı “Komik gülüşün sərrafı” məqalələri “Ön söz” əvəzinə verilib. Həmçinin tərtibçi Safurə Quliyevanın “İşıqlı alim, əməlisaleh insan” məqaləsi də kitaba daxil edilib.
Kitabda ədəbiyyatşünas alim Arif Səfiyevin müxtəlif qəzet və jurnallarda 1964-2007-ci illərdə çap edilmiş məqalələri və Ədəbiyyat İnstitutu tərəfindən 1976-1984-cü illərdə hazırlanmış “Ədəbi proses” kitablarında müəllifi olduğu “Dramaturgiya” oçerkləri daxil edilib. Toplunun sonunda Arif Səfiyevin arxivindəki gənclik illərində yazıb heç yerdə çap etdirmədiyi lirik şeirləri və bir sıra şəkilləri də təqdim olunub.
Gülnar Səma
Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu,
İctimaiyyətlə əlaqələr şöbəsi.
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
-Təranə Dəmir
- Sevil Nuriyeva
Emil Rasimoğlu
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar