Xəbər lenti
İnsult keçirən xalq artisti palataya köçürüldü

İnsult keçirən Xalq artisti Ənvər Həsənov reanimasiyadan palataya köçürülüb.
Manevr.az xəbər verir ki, bu haqda Teleqraf.com-a xalq artistinin qızı Aytən Həsənova məlumat verib.
O bildirib ki, Ə.Həsənov iki gün öncə insult keçirib.
"Üç gündür ki, xəstəxanadayıq. Bu gün atam xəstəxananın reanimasiya şöbəsindən palataya köçürülüb. Atamı müalicə üçün xəstəxanaya gətirmişdik, bir müddət idi ki, səhhəti yaxşı deyildi. Elə burada insult keçirdi. İndi həkimlərin nəzarətindədir və səhhəti normaldır",- deyə qızı açıqlayıb.
Qeyd edək ki, aktyor 26 nömrəli Mərdəkan Xəstəxanasında müalicə olunur.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
-Təranə Dəmir
- Sevil Nuriyeva
Emil Rasimoğlu
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar