Sizin Reklam Burada
Xəbər lenti
12-09-2025
BÜTÜN XƏBƏRLƏR

“Ermənilər bunu eşidib həyasızlıq saldılar” - VİDEO

Tarix: 07-12-2024 21:44     Baxış: 3192 A- / A+
“Azərbaycanlıları öz musiqimizə yiyə durmağa çağırıram. Bizim çox gözəl musiqilərimiz var. Mən Əqli Mülkiyyət Agentliyinin müəllif hüquqlarının məsləhətçisiyəm. Mərhum müğənnimiz Şövkət Ələkbərovanın oxuduğu bir çox mahnıları ermənilər mənimsəyiblər. “Çırpınırdı Qara dəniz” mahnısını Avraam Russo erməni dilində ifa edib. Ermənilər bizim yüzlərlə mahnılarımızı oğurlayıb ifa edirlər”.
Manevr.az Olay-a istinadla yazır ki, bu sözləri Xalq artisti, bəstəkar Faiq Sücəddinov qonaq olduğu “İncə səhər” verilişində deyib.
Sənətkar ermənilərin yüzlərlə mahnılarımızı öz adlarına çıxararaq oxumaqlarından söz açıb:
“Ermənilər indi yazılan deyil Azərbaycanın xalq və bəstəkar mahnılarını öz adlarına çıxarıb, oxuyurlar. Yunanıstanda olarkən eşitdim ki, ermənilər yenə bizim mahnımızı erməni dilində oxuyurlar. Yaxınlaşıb dedim ki, bu bəstə Tofiq Quliyevindir. Ermənilər bunu eşidib başladılar qışqırıb, həyasızlıq salmağa. Mahnılara yiyə çıxmaq lazımdır. Deməyəndə ki, bu mənimdir onu götürüb aparırlar. Buna görə də diqqətli olmaq lazımdır. Bizim mahnıları təkcə ermənilər deyil, gürcülər, yəhudilər də toylarda ifa edirlər. Onlara demək lazımdır ki, bu bizim mahnımızdır. Biz bunlardan agah olmalıyıq ki, bu bizim sərvətimizdir.

Manevr.az


Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar