Xəbər lenti
Səssizliklə dolu səhnə - Gənc aktyor Amid Qasımov haqqında
Deyirlər ki, aktyorlar daxilən axtarışlarla yaşayan insanlardı. Onlar ən sadə obrazda belə həmişə gözlənilməzliklər etməyə çalışan insanlardı. Aktyor həyatı da səyyah həyatına bənzəyir. Səyyah maraqlı hadisələrlə və nadir tapıntılarla qarşılaşmaq üçün dünyanı gəzir, aktyor da yaddaşlara yazılmaq üçün bu sənətin dərinliyinə baş vurur. Hə, bilirsənmi bu dərinliklərdə eniş də var, yoxuş da… Hələ bir də qiraət sənəti var… Qiraətçilər həmişə sakit təbiətli görünürlər. Onlar, sakit axıb adamın ruhunu oxşayan çaya bənzəyirlər. Aktyor səhnədə rolu yaşayır, qiraətçi isə hisləri danışıqla göstərir. Bu iki sənəti özündə birləşdirən insanlar da var ki, onları anlamaq üçün biraz onlara bənzəmək gərəkdir. Onları anlamaq istəyirsənsə mütləq öz ruhunu onlara bənzətməlisən. Düşünürsən ki, bu mümükün deyil. Əslində elə deyil,həmin adamı göz qırpmadan dinləmək, diqqətlə seyr etmək azacıq da olsa onu anlamağa yardımçı olacaq. Bu anda adama elə gəlir ki, labrintə düşür. Və heç vaxt qarşısındakı adamı anlaya bilməyəcək. Təbiətən bir- birilə tərsmütənasib olan bu iki sənət əslində ruhən ekizdi. Bu iki çətin peşənin məsuliyyətini dərk edən insanlardan biri də Amid Qasımovdur. Aktyor kimi teatr səhnəsində öz sözünü deyən Amid bəyin qiraəti də tamaşaçı diqqətdən kənarda qalmır. Onun ifasında hansı mətni dinləyirsənsə, həmin mətnə aşiq olursan. Əslində qiraətçilər də ifa etməyin rəssamıdılar. Qiraətçi öz ifasında mətni real rənglərlə bəzəməlidir. Amid Qasımov öz qiraətində dinləyiciyə dinləyicinin istədiyindən də artıq hislər çatdıra bilir. Hə, biraz da payız küləyinə bənzəyir qiraəti… Soyuq görünər ifası, adamı üşüdər… Maraqlıdır… Düşündürücüdür… Hə, vallah, nə yalan deyim axı, biraz da labrintsayağıdır. Bəzən elə görünür ki, Amid bəy qiraətində həmin şeirin müəllifi ilə söhbətləşir. Hələ insan düşüncəsini dağa-daşa çırpan qiraətdəki fon musiqiləri demirəm. O biraz qəliz məsələdir. Hər səssizlik bir “mesaj”dır. Onun da qiraəti səssizliklə doludur. Amid Qasımov aktyordur, həm də ideası, estetikası və fəlsəfi anlamı ilə bütün teatrlardan fərqlənən YUĞ Teatrının aktyorudur. Bu teatrın aktyoru olmaq da istedadın göstəricisidir. Çoxlarının qəbul edə bilmədiyi, dərk etmədiyi və anlamadığı, ancaq olduqca fərqli idealarla yaşayan bir teatrın səhnəsində neçə- neçə obrazla sevilmək istedadlı aktyorun işidir, həm də haqqıdır. Musiqi duyumu da heç diqqətdən qaçmaz. İstər hər hansı bir tamaşa üçün, istərsə də qiraət üçün ab-havası gözlə görüləcək qədər real musiqilərə üstünlük verir. Bu da insanı romantizmdən qoparıb, realizmə kökləyir. Bu tip musiqilər isə insan daxilindəki təlatümün mütləqiyyətindən xəbər verir. Həyat adlı səhnəndə 34-cü mətni oxuyan aktyor qiraətçi var-Amid Qasımov.
Əntiqə Səməndər
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar