Sizin Reklam Burada
Xəbər lenti
02-05-2024
BÜTÜN XƏBƏRLƏR

Dünya Gənc Türk Yazarlar Birliyi Sumqayıtda tədbir keçirdi -Fotolar

Tarix: 22-06-2017 19:44     Baxış: 31 204 A- / A+
Dünya Gənc Türk Yazarlar Birliyi Sumqayıtda tədbir keçirdi


Manevr.az-ın verdiyi xəbərə görə, Dünya Gənc Türk Yazarlar Birliyinin “Yaradıcılıq üfüqləri, gənc yazarlar üçün toplantıların təşkili” adlı layihəsi çərçivəsində növbəti tədbir Sumqayıt Poeziya Evində keçirildi. Tədbiri giriş sözü ilə Sumqayıt Poeziya Evinin direktoru, şair İbrahim İlyaslı açdı. Sonra sözü DGTYB-nin məsləhət şurasının rəhbəri şair Əkbər Qoşalıya verdi. Əkbər Qoşalı həm təşkilat, həm də bu layihə haqqında qonaqlara ətraflı məlumat verdi.

Layihə çərçivəsində silsilə tədbirlərin paytaxtda və bölgələrdə keçirilməsinin faydalarından danışdı. Daha sonra söz tədbiri aparmaq üçün DGTYB-nin fəallarından olan şair Günay Nərimana verildi. Onun aparıcılığı ilə davam edən tədbirdə həm gənc nəslin, həm də orta yaşlı nəslin dəyərli qələm sahibləri iştirak edirdi. Çıxış edənlərin hər biri layihənin önəmini dəfələrlə vurğuladılar və öz qələmlərindən çıxmış bir şeir səsləndirdilər. Yazarlardan Sabir Yusifoğlu, Namiq Dəlidağlı, Almaz Sahilə, Şəhla Vahid, Arzu Rüstəm, Arzu Göytürk, Xatirə Fərəcli, Sevinc Qərib, Şəfa Ağayeva, Tapdıq Türksoy, Nigar İsmayıl, Gülnarə İsrafil, Hidayət Sönməz, Elçin Nur, Rasimə Könül, Xan Rəsuloğlu, Elvin Əlizadə, Səxavət İzzəti, Əlirza Əmbaz və s. kimi dəyərli qələm sahibləri çıxış etdilər. Sonda, DGTYB-nin təşəbbüsü ilə çap olunan müxtəlif kitablar qonaqlara hədiyyə olundu və xatirə şəkli çəkdirildi.

Dünya Gənc Türk Yazarlar Birliyi Sumqayıtda tədbir keçirdi
Dünya Gənc Türk Yazarlar Birliyi Sumqayıtda tədbir keçirdi

Dünya Gənc Türk Yazarlar Birliyi Sumqayıtda tədbir keçirdi

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar