Sizin Reklam Burada
Xəbər lenti
04-10-2024
03-10-2024
BÜTÜN XƏBƏRLƏR

“Dərmanlarını ABŞ-dən, Zelandiyadan gətirdirik, həkim deyir ki, sağalmayacaq” – Aşıq Əhlimanın xanımı - ŞƏKİL

Tarix: 01-10-2024 15:43     Baxış: 436 A- / A+

"Həyat yoldaşım daima müalicə alır. İllər əvvəl insult keçirmişdi. Ondan sonra koronavirusa yoluxdu. Bu, onun vəziyyətini lap ağırlaşdırdı, nitqi tutuldu. Hərdən özüm də nə dediyini başa düşə bilmirəm. Bəzən fikrini çatdıra bilməyəndə hirslənib əlini dizinə vurur. Deyirəm narahat olma, başa düşürəm səni. Uşaq kimi həssas olub".
Manevr.az xəbər verir ki, bunu Aşıq Əhlimanın həyat yoldaşı Aybəniz Salmanova deyib.
O bildirib ki, 70 yaşı haqlayan aşığa dünyanın müxtəlif ölkələrindən dərmanlar göndərilir, lakin vəziyyəti düzəlmir:
"Altıncı gün müayinə etdirdik, bu gün yenə müalicələrinə başladıq. Dərmanları ABŞ-dən, Zelandiyadan, Almaniyadan gətirilir. Möhtəşəm müalicə gedir, lakin nitqi düzəlmir. Dəridən-qabıqdan çıxırıq. Həkim deyir ki, olunan müalicələr onun nitqini geri qaytarmayacaq, sağalmaq söhbəti olmayacaq. Sadəcə olaraq prosesi ləngidəcək, tanrıdan ömür borc alacaq.
Övladları daima yanındadırlar. Onlardan biri Almaniyada yaşayır. Oradan dərmanlarını göndərir. Buradakılar da tez-tez yoxlayırlar. Həmişə qulluğunda dururlar. Əhliman övladlarına çox fədakarlıqlar edib. İndi uşaqlarımız ona yan baxa bilərlərmi? Körpə vaxtlarından onlarda ataya qarşı elə sevgi yaratmışam ki... Əhliman gələndə sıraya düzülürdülər ki, qabağına qaçsınlar.
Nəvələri gec gələn kimi Əhliman deyir, harada qaldılar. Onları qucaqlayıb öpür, onlar da babanı əzizləyirlər. Həyatımızda hər şey əladır. Bircə Əhlimanın belə nasaz olmağı əhvalımıza pis təsir edir.
Axşam Aşıq Ələsgərin heykəlinin açılış mərasiminə baxırdıq. O səhnə mənə ağır gəldi. Əhliman nasaz olmasaydı, yüz faiz orada olacaqdı. Çox yandım-töküldüm. Əhliman sıradan qaldı.
Yoldaşım indi həyətdə meyvə ağaclarına qulluq edir. Onların meyvələri ilə fərəhlənir. Universitetə isə hərdənbir kollektivi görmək üçün gedir".musavat.com 





Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Oktyabr 2024    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar