Sizin Reklam Burada
Xəbər lenti
02-05-2024
BÜTÜN XƏBƏRLƏR

Namiq Dəlidağlının “Otel otağından reportaj” kitabının imza günü keçirilib -FOTOLAR

Tarix: 19-06-2017 21:20     Baxış: 3762 A- / A+
Namiq Dəlidağlının “Otel otağından reportaj” kitabının imza günü keçirilib


Manevr.az-a verilən xəbərə görə, Sumqayıt Regional Mədəniyyət və Turizm idarəsinin təşəbbüsü, AYB Sumqayıt bölməsi və S.Vurğun adına Mərkəzi kitabxananın birgə təşkilatçılığı ilə şair, jurnalist Namiq Dəlidağlının “Otel otağından reportaj” kitabının imza günü keçirilib.

Sumqayıt şəhər S.Vurğun adına Mərkəzi kitabxanada baş tutan tədbir Azərbaycan Respublikasının Dövlət himninin ifası ilə başlayıb.

Tədbiri giriş sözü ilə Mərkəzi kitabxananın metodisti Natəvan Məmmədli açaraq Namiq Dəlidağlının həyatı və yaradıcılığı, onun mətbuat sahəsindəki fəaliyyəti haqqında geniş məlumat verib.

Şair Əşrəf Veysəllinin aparıcılığı ilə keçən tədbirdə şairlər AYB Sumqayıt bölməsinin məsləhətçisi Gülnarə Cəmaləddin, Sabir Yusifoğlu, Xatirə Fərəcli, Sevinc Qərib, Sevda Kərimli, müəllim-jurnalist Ruhiyyə Bahar, Sumqayıt MKS-in direktoru Yeganə Əhmədova çıxış edərək müəllifi təbrik edib, xoş arzularını çatdırıblar.

Daha sonra yaradıcılığında əsasən vətənpərvərlik, torpaq, yurd mövzusunu canlandıran şair “Otel otağından reportaj” kitabına daxil etdiyi şeirlərdən nümunələr söyləyib, oxucuların suallarını cavablandırıb.

Tədbirdə S.Vurğun adına Mərkəzi kitabxananın uşaq şöbəsinin oxucusu, S.Sarvan adına poeziya klubunun üzvü Zəhra Bəşirlinin ifasında şairin “Apreldə Vətənə yazılan şeir”i maraqla dinlənilib, videoçarx izlənilib.

Sonda Namiq Dəlidağlı çıxış edərək tədbirin təşkilatçılarına və iştirakçılarına təşəkkürünü bildirib.

Sumqayıt Regonal Mədəniyyət və Turizm idarəsinin
Mətbuat xidməti


Namiq Dəlidağlının “Otel otağından reportaj” kitabının imza günü keçirilib

Namiq Dəlidağlının “Otel otağından reportaj” kitabının imza günü keçirilib
Namiq Dəlidağlının “Otel otağından reportaj” kitabının imza günü keçirilib
Namiq Dəlidağlının “Otel otağından reportaj” kitabının imza günü keçirilib

Namiq Dəlidağlının “Otel otağından reportaj” kitabının imza günü keçirilib
Namiq Dəlidağlının “Otel otağından reportaj” kitabının imza günü keçirilib
Namiq Dəlidağlının “Otel otağından reportaj” kitabının imza günü keçirilib
Namiq Dəlidağlının “Otel otağından reportaj” kitabının imza günü keçirilib

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar