Manevr.az xəbər verir ki, bunu qaynarinfo-ya açıqlamasında Əməkdar artist Füzuli Hüseynov deyib.
"Qocalıq bir ayrı aləmdir. Bu gün doğum günümdür, həmişə bu gün Bakıdan kənarda olardım. Bu gün isə Bakıdayam. Axşama dostlarla bir aradayıq, bilmirəm nə sürpiz edəcəklər. Amma dostları qırmayacağam. Hər günüm necədirsə, bu gün də onlardan biridir. Əslində ad günümü qeyd etmək istəmirəm. Çünki hər dəfə qocalırıq. Qocalmayanda da həyat maraqsız olur. Soyuducunun buzluğunda oturaq ki, qocalmayaq? Qocalmaq da lazımdır, özümüz üçün də maraqlı olsun".
Füzuli Hüseynov bildirib ki, həyatda iki şey gözəldir:
"Subaylıq və azadlıq. Bunların yanında bir də can sağlığı oldusa, yaşamağa dəyər".