Sizin Reklam Burada
Xəbər lenti
03-05-2024
02-05-2024
BÜTÜN XƏBƏRLƏR

“Xalq teatrı” yeni uğura imza atıb -FOTOLAR

Tarix: 18-06-2017 17:49     Baxış: 3588 A- / A+
“Xalq teatrı” yeni uğura imza atıb


Manevr.az- a verilən xəbərə görə, Sumqayıt Regional Mədəniyyət və Turizm idarəsinin “28 May” mədəniyyət evinin nəznində fəaliyyət göstərən “Xalq teatrı” yeni uğura imza atıb.

Belə ki, “Xalq teatrı” Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi tərəfindən xalq teatrlarının dəstəklənməsi, onların respublikamızın mədəniyyət və turizm potensialının nümayişində, əhalinin asudə vaxtının səmərəli təşkilində rolunun artırılması məqsədilə keçirilən II Respublika Xalq Teatrları Festivalının seçim mərhələsində S.M.Qənizadənin “Dursunəli və Ballıbadı” tamaşası ilə onbeşliyə düşərək III yerə layiq görülüb, diplom və xatirə hədiyyəsi ilə mükafatlandırılıb.

Qeyd edək ki, tamaşadakı hadisələr Bakı şəhərindəki mehmanxanalardan birində cərəyan edir. Komediya janrında olan bu əsərdə ağa ilə nökərin məzəli münasibətlərindən, bir ağanın digər ağaya göndərdiyi ballıbadıdan söhbət açılır.

Tamaşaçılar tərəfindən yüksək rəğbət və alqışlarla qarşılanan tamaşanın rejissoru Amil Babayev, quruluşçu rəssamı Aytən Xanəliyeva, musiqi tərtibatçısı Kazım Əsgərov, dekorasiyaçı Rəşid Qocayevdir.

Tamaşada Amil Babayev, Cəlal Məcidov, Elmir Əliyev, Günel Cəfərova, Əzizə Əmrahova maraqlı obraz yaradaraq uğurlu ifa nümayiş etdiriblər.

Xatırladaq ki, Sumqayıt şəhər “28 may” mədəniyyət evinin nəznində fəaliyyət göstərən “Xalq tetarı” 17 illik fasildən sonra fəaliyyətini 2016-cı ildə yenidən bərpa edib və 3 böyük tamaşa ilə tamaşaçılar qarşısında çıxış edib. “Xalq teatrı” repertuarında dahi Üzeyir Hacıbəyovun əsərləri ilə yanaşı tanınmış ölkə yazarlarının da əsrlərinə müraciət edir.

Bundan əlavə, teatrın kollektivi “20 yanvar”, “Xocalı” faciələrinin ildönümlərində, o cümlədən əlamətdar tarixi günlərdə, bayramlarda tamaşaçılar qarşısında tetarlaşdırılmış səhnələrlə çıxış edib, maraqlı kompozisiyalar nümayiş etdiriblər.

Sumqayıt Regional Mədəniyyət və Turizm idarəsinin
Mətbuat xidməti


“Xalq teatrı” yeni uğura imza atıb

“Xalq teatrı” yeni uğura imza atıb
“Xalq teatrı” yeni uğura imza atıb
“Xalq teatrı” yeni uğura imza atıb
“Xalq teatrı” yeni uğura imza atıb
“Xalq teatrı” yeni uğura imza atıb

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar