Sizin Reklam Burada
Xəbər lenti
02-05-2024
01-05-2024
BÜTÜN XƏBƏRLƏR

İnsan hüquqları aylığı çərçivəsində silsilə tədbirlər keçirilib -SUMQAYITDA/ FOTOLAR

Tarix: 16-06-2017 17:08     Baxış: 3798 A- / A+
İnsan hüquqları aylığı çərçivəsində silsilə tədbirlər keçirilib

Manevr.az-a verilən xəbərə görə, Sumqayıt Regional Mədəniyyət və Turizm idarəsinin tabe müəssisələrində insan hüquqları aylığı çərçivəsində silsilə tədbirlər keçirilib.

Sumqayıt şəhər S.Vurğun adına Mərkəzi Kitabxana Şəhər Mədəniyyət Evi ilə birgə “Qanunun Aliliyi” Hüquq Resurs Mərkəzində “İnsan hüquqları bölünməzdir” adlı dəyirmi masa keçirib. Tədbirdə Qadın Təşəbbüsü və Sosial Problemlərin Həllinə Yardım İctimai Birliyinin sədri Zemfira Mustafayevanın, hüquqşünas Ədalət Qafarovun Azərbaycanda insan hüquqları gününün təsis olunması, insan hüquqları anlayışı və mahiyyəti, insan hüquqlarını və azadlıqlarını özündə yüksək səviyyədə ifadə edən beynəlxalq sənədlər və s. mövzularla bağlı mühazirələri dinlənilib.

Mərkəzi Uşaq Kitabxanasında 18 saylı orta məktəbin şagirdlərinin iştirakı ilə “Kiçik uşaqların böyük hüquqları” adlı dəyirmi masa keçirilib. Tədbirdə insan haqlarının ən mühüm və ayrılmaz tərkib hissələrindən biri olan uşaq hüquqları haqqında məlumat verilib, 18 saylı məktəbin kitabxana müdiri Rəfiqə Cavadovanın və müəllimə Həcər İsmayılqızının mövzu ilə bağlı mühazirələri dinlənilib.

Nizami Gəncəvi adına Kitabxana-klubda da “Hüquqlarımızı bilirikmi?” adlı dəyirmi masa keçirilib. Tədbirdə mövzu ilə bağlı çıxışlar dinlənilib, video çarx nümayiş olunub, “İnsan hüquqları və azadlıqları” adlı sərgidən biblioqafik xülasə verilib.

Gənclər kitabxanasında S.Vurğun adına Mərkəzi kitabxananın Vahid Fondun Təşkili və İstifadəsi şöbəsi ilə birgə Hüquqlarımızı bilək” adlı sərgi (Açıq qapı) günü keçirilib. Gün ərzində müxtəlif oxucu qrupları ilə keçirilən tədbirdə insan hüquqlarının mahiyyəti, BMT-nin İnsan Hüquqları Bəyannaməsi, iqtisadi, sosial və mədəni, mülki və siyasi hüquqlar haqqında Beynəlxalq sənədlər, ölkəmizdə bu sahədə aparılan islahatlar, milli insan hüquqları təsisatları, Müvəkkil təsisatının yaranması və fəaliyyəti barədə məlumatlar verilib.

C.Cabbarlı adına mədəniyyət evində keçirilən tədbirdə Sumqayıt Şəhər Məhkəməsinin hakimi Elman Məmmədov iştirak edərək iştirakçıları maraqlandıran sualları cavablandırıb.

Sumqayıt Regional Mədəniyyət və Turizm idarəsinin
Mətbuat xidməti


İnsan hüquqları aylığı çərçivəsində silsilə tədbirlər keçirilib

İnsan hüquqları aylığı çərçivəsində silsilə tədbirlər keçirilib
İnsan hüquqları aylığı çərçivəsində silsilə tədbirlər keçirilib

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar