Türkiyənin məşhur kino və teatr aktrisası Sumru Yavrucuk ilk dəfə Bakıya gəlir.
Manevr.az xəbər verir ki, sənətçi “Sherley Valentine” tamaşası ilə sevənlərinin qarşısına çıxacaq.
İkipərdəli mono tamaşa gündəlik həyatının darıxdırıcılığında itib-batan və bir çox qadınlar kimi yuxularını belə unudan Şirley Valentaynın hekayəsindən bəhs edir.
Yavrucuk həm də Şirlinin rejissorudur və tamaşadakı bütün obrazları tək canlandırır.
Tədbir 5-6 oktyabr tarixlərində Azərbaycan Dövlət Akademik Musiqili Teatrında baş tutacaq.
Qeyd edək ki, S.Yavrucuk Azərbaycanda “Yabancı damat” serialındakı obrazı ilə məşhurlaşıb. O bundan başqa “Fatmagülün suçu ne?”, “Şahane hayatım”, “Evlilik hakkında her şey” kimi reytinqli layihələrdə də unudulmaz obrazlar canlandırıb.
Xəbər lenti
Axtarış
Reklam

İqtisadiyyat
Ədəbiyyat
Şou-biznes
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Fərasət Babazadə
İttifaq MİRZƏBƏYLİ
Emil Rasimoğlu
Sevinc QƏRİB
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar