Sizin Reklam Burada
Xəbər lenti
02-05-2024
BÜTÜN XƏBƏRLƏR

15 iyun Milli Qurtuluş günü münasibətilə silsilə tədbirlər keçirilib -Fotolar

Tarix: 15-06-2017 19:04     Baxış: 3812 A- / A+
15 iyun Milli Qurtuluş günü münasibətilə silsilə tədbirlər keçirilib


Manevr.az-ın məlumatına görə, Sumqayıt Regional Mədəniyyət və Turizm idarəsinin tabe müəssisələrində 15 iyun Milli Qurtuluş günü münasibətilə silsilə tədbirlər keçirilib.

Sumqayıtda F.Əmirov adına uşaq musiqi məktəbinin Folklor klubu ilə birgə kecirdiyi bayram tədbirində Ümummilli Liderimiz Heydər Əliyevin Azərbaycanın müstəqil dövlət kimi quruculuğunda və inkişafında göstərdiyi əvəzolunmaz xidmətlərindən danışılıb, daha sonra F.Əmirov adına uşaq musiqi məktəbinin muğam üçlüyünün ifasında muğam parçaları, gənc müğənnilər Rahim Baxşəliyev, Məlahət Eyvazova, Elvin Əlizadə və digərlərinin ifasında xalq və bəstəkar mahnıları dinlənilib, rəqs kollektivinin çıxışı izlənilib.

C.Cabbarlı adına Mədəniyyət evinin kollektivi “N” saylı hərbi hissədə konsert proqramı ilə çıxış ediblər. Konsertdə mədəniyyət evinin “Çinar” instrumental ansamblının ifasında instrumental musiqilər, solistlər Pənah Məmmədov, Ravin Əliyev , Murad Hacıyevin ifasında mahnılar dinlənilib, “Turan” milli rəqs qrupunun ifasında rəqs nömrələri izlənilib. Sonda C.Cabbarlı adına mədəniyyət evinin direktoru Aygun Qəhrəmanova, “Turan” milli rəqs qrupu və “Çinar” instrumental ansamblı hərbi hissə komandanlığı tərəfindən fəxri fərmanla təltif olunub.

S.Vurğun adına Mərkəzi kitbxanada keçirilən tədbirdə Milli Qurtuluş günü ilə bağlı videoçarx izlənilib, xülasə verilib. Mərkəzi kitabxananın uşaq şöbəsinin 2 saylı kitabxana filialla birgə keçirdiyi “Xalqın xilaskar oğlu” adlı tədbirdə isə Sağlam Düşüncə Gənclər Təşkilatının nümayəndəsi Əfqan Səfərli, Qarabağ müharibəsi veteranı Tofiq Kərimov, kitabxananın oxucuları iştirak ediblər. Tədbirdə 2 saylı kitabxana filialın müdiri Ofelya Qafarova və qonaqlar çıxış edərək Milli Qurtuluş günü və onun tarixi əhəmiyyəti haqqında məruzə ediblər. Sonda S.Vurğun adına Mərkəzi kitabxananın uşaq şöbəsinin oxucuları İsmayıl Hüseynov və Zəhra Bəşirlinin ifasında Ümummilli liderə həsr olunmuş şeirlər dinlənilib.

F. Əmirov adına uşaq musiqi məktəbində də bayram konserti keçirilib. Konsertdə skripka, tar sinfinin şagrdlərinin ifasında musiqi nömrələri dinlənilib.

Qubadlı rayon MKS Milli Qurtuluş gününü əks etdrən ədbiyyatlardan ibarət kitab sərgisi keçirib.

Zəngilan və Xzı rayon mədəniyyət müəssisələrinin kollektivləri rayon icra hakimiyyətlərinin təşbbüsü ilə keçirilən tədbirlərə qatılaraq musiqi nömrələri ilə çıxış ediblər.

Sumqayıt Regional Mədəniyyət və Turizm idarəsinin
Mətbuat xidməti

15 iyun Milli Qurtuluş günü münasibətilə silsilə tədbirlər keçirilib
15 iyun Milli Qurtuluş günü münasibətilə silsilə tədbirlər keçirilib
15 iyun Milli Qurtuluş günü münasibətilə silsilə tədbirlər keçirilib
15 iyun Milli Qurtuluş günü münasibətilə silsilə tədbirlər keçirilib
15 iyun Milli Qurtuluş günü münasibətilə silsilə tədbirlər keçirilib
15 iyun Milli Qurtuluş günü münasibətilə silsilə tədbirlər keçirilib
15 iyun Milli Qurtuluş günü münasibətilə silsilə tədbirlər keçirilib
15 iyun Milli Qurtuluş günü münasibətilə silsilə tədbirlər keçirilib
15 iyun Milli Qurtuluş günü münasibətilə silsilə tədbirlər keçirilib

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar