Sizin Reklam Burada
Xəbər lenti
02-05-2024
BÜTÜN XƏBƏRLƏR

“Həsən Qorxmaz Dastanı” adlı ədəbi-bədii gecə keçirilib -FOTOLAR

Tarix: 13-06-2017 18:25     Baxış: 3562 A- / A+
“Həsən Qorxmaz Dastanı” adlı ədəbi-bədii gecə keçirilib


Manevr.az-a verilən xəbərə görə, Sumqayıt Regional Mədəniyyət və Turizm idarəsinin Qubadlı rayon nümayəndəliyi Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olan bölük komandiri Həsənqulu Qaçay oğlu Qasımova həsr olunmuş “Həsən Qorxmaz Dastanı” adlı ədəbi-bədii gecə keçirib.

Şəhidin təhsil aldığı Qubadlı rayon Qara İlyasov adına 1 saylı orta məktəbdə baş tutan tədbirdə YAP Qubadlı rayon təşkilatının sədri Allahverdi Haqverdiyev, SRMTİ Qubadlı Rayon Nümayəndəliyinin baş məsləhətçisi İlham Əhmədov, AYB üzvü, “Qızıl Qələm” mükafatı laureatları Şərqiyyə Ziyadqızı, şair-publisist Elburus Qayalı, şəhidin ailə üzvləri və rayon ictimaiyyəti iştirak ediblər.

Tədbirdə YAP Qubadlı rayon təşkilatının sədri Allahverdi Haqverdiyev, Elburus Qayalı, Şərqiyyə Ziyadqızı çıxış edərək Həsən Qorxmaz haqqında geniş söhbət açıblar.

Daha sonra şəhidin həyat yolunu əks etdirən video-çarx nümayiş olunub, Mahmudlu kənd Mədəniyyət evinin bədii-qiraət dərnəyinin üzvlərinin ifasında Həsən Qorxmaza ithaf olunmuş şeirlər, Məzahir Məmmədov, Turanə Tarverdiyeva, Şahin Qaçaylının ifasında muğam parçaları dinlənilib.

Sonda şəhidin qardaşları çıxış edərək, tədbirin təşkilatçılarına və iştirakçılarına ailə üzvləri adından təşəkkürlərini bildiriblər.

Sumqayıt Regional Mədəniyyət və Turizm idarəsinin
Mətbuat xidməti


“Həsən Qorxmaz Dastanı” adlı ədəbi-bədii gecə keçirilib
“Həsən Qorxmaz Dastanı” adlı ədəbi-bədii gecə keçirilib
“Həsən Qorxmaz Dastanı” adlı ədəbi-bədii gecə keçirilib
“Həsən Qorxmaz Dastanı” adlı ədəbi-bədii gecə keçirilib

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar