Xəbər lenti
Cəlilabadda ilk dəfə Neolit dövrünə aid kəndin izləri aşkarlandı - ŞƏKİL
Cəlilabad rayonunda 3 ildir ki, araşdırılan qədim yaşayış məskəni Paşatəpə abidəsində ilk dəfə olaraq qədim kənd izləri aşkarlanıb. Qazıntılar zamanı çiy kərpicdən inşa edilmiş yaşayış evlərində həm də dini ayinlərin icra olunması üçün xüsusi yerlər də üzə çıxıb.
Manevr.az AZƏRTAC-a istinadən xəbər verir ki, Cəlilabad rayonunun Cəfərxanlı kəndində yerləşən Paşatəpə qədim yaşayış məskənində ilk qazıntılara 2022-ci ildə başlanılıb. Arxeoloji qazıntılar zamanı hər mövsüm olduğu kimi, bu il də maraqlı maddi mədəniyyət nümunələrinin tapılması buranın tarixi əhəmiyyətini daha da artırıb. Bu il ilk dəfə olaraq ərazidə Neolit dövrünə aid kəndin izləri aşkarlanıb. Bu kəndin əsas özəlliklərindən biri evlərin çiy kərpicdən inşa olunmasıdır.
AMEA-nın Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru Vəfa Mahmudova bildirib ki, ərazidə çoxsaylı yaşayış evinin qalıqlarının üzə çıxması burada bir məhəllənin olduğunu deməyə əsas verir.
"Paşatəpə yaşayış yeri bizim eradan əvvəl VI minilliyin birinci yarısına aid edilir. Bu il abidədə qazıntılar zamanı bitki qarışıqlı çiy kərpicdən hazırlanmış evlərin yerləri, təsərrüfat quyuları aşkarlanıb. İlin ən maraqlı tapıntılarından biri yaşayış yerində dini ayin yerinin qeydə alınmasıdır. Bu il eyni zamanda kremasiya adəti ilə bağlı dəfn etməyə də rast gəlinib. Bütün bunlar Paşatəpə abidəsinin Neolit dövrünə aid kənd tipli yaşayış yeri olduğunu söyləməyə əsas verir", - deyə Vəfa Mahmudova bildirib.
Tarixçilər hesab edirlər ki, tapılmış nümunələrin araşdırılması Muğan mədəniyyətində erkən əkinçilik, sənətkarlıq, eləcə də digər sahələrlə bağlı maraqlı məlumatları üzə çıxara bilər.
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar