Manevr.az xəbər verir ki, bu barədə Trend-ə Azərbaycan Respublikası Prezidentinin Laçın rayonunda xüsusi nümayəndəsi Məsim Məmmədov deyib.
"Birincisi, onu qeyd etmək lazımdır ki, Amil Amal istedadlı rejissordur. Karyerasına sənədli filmlərlə başlayıb və 40-45 dəqiqəlik filmlər çəkməyə davam edir. Onun bəzi əsərləri artıq müxtəlif mükafatlara namizəd olub.
M.Məmmədov, həmçinin, Laçının özlüyündə unikal olduğunu və müxtəlif istiqamətlərdən rəssamları cəlb etdiyini qeyd edib.
"Hindistanlı prodüserlər həm Azərbaycan, həm də digər ölkələrin filmlərinə böyük maraq göstərir və onları maliyyələşdirə bilirlər. Bu, kinoindustriyamıza beynəlxalq marağı təsdiqləyir", - deyə o əlavə edib.