"Bütün xəstəliklərin ağrı-acılarına qalib gəlmək mümkündür. Amma bir insanın hərəkəti, yeriməyi, əli-ayağı məhdudlaşanda çox çətin olur. Bu, aktyor tayfası üçün isə böyük bəladır".
Manevr.az bizim.media-ya istinadən bildirir ki, bu sözləri Xalq artisti Afaq Bəşirqızı qonaq olduğu "Elgizlə izlə" verilişində danışıb.
Səhhətindən danışan aktrisa bildirib ki, əsasını beş gündür ki, kənara qoyub:
"Öz mədəniyyəti ilə bizə, sizə xidmət edən, öz tərbiyəsi ilə "halal olsun" sözünü qazanan, öz kişiliyi ilə ailəsinin, dostlarının, tanışlarının hər zaman üzünü ağardan aktyorları, incəsənət insanlarını itirmişik. Mən çox kövrəlirəm ki, gör, biz kimləri itirmişik. Sizə açıq etiraf edim ki, meydan çox bayağılaşıb. Mən əsa ilə gəzirdim. Onu artıq atıb, buraya öz addımlarımla gəlmək istəyirdim. Artıq öz addımlarımla yeriyə bilməyə nail olmuşam. 5 gündür ki, əsasız gəzirəm".
Qeyd edək ki, A.Bəşirqızı ötən il müsahibələrinin birində xərçəngdən əziyyət çəkdiyini və sağalması üçün mütəmadi müalicələr aldığını açıqlamışdı.
Xəbər lenti
Axtarış
Reklam
Ədəbiyyat
Şou-biznes
Yazarlar
Fərasət Babazadə
İttifaq MİRZƏBƏYLİ
Emil Rasimoğlu
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar