Xəbər lenti
1-ci sinifdən yanaşı addımlayan məşhur cütlük
Azərbaycan Yazıçılar Birliyinin sədri Anarın xanımı, əməkdar incəsənət xadimi, müsiqişünas alim Zemfira Səfərova 80 yaşını tamam edib.
Manevr.az modern.az-a istinadən xəbər verir ki, iyun ayının 10-da musiqi mənbəşünaslığının banisi, AMEA-nın Memarlıq və İncəsənət İnstitutunun şöbə müdiri, akademik Zemfira Yusif qızı Səfərova 80 yaşını qeyd edib.
Zemfira Səfərova 1937-ci il iyunun 10-da Kislovodskda ziyalı ailəsində anadan olub. 1960-cı ildə Azərbaycan Dövlət Konservatoriyasının Musiqi tarixi və nəzəriyyəsi fakültəsini fərqlənmə diplomu ilə bitirib.
1962-ci ildən AMEA-nın Memarlıq və İncəsənət İnstitutunda əmək fəaliyyətinə başlayan alim kiçik elmi işçi, böyük elmi işçi vəzifələrində çalışıb. 1980-ci ildən institutun Musiqi tarixi və nəzəriyyəsi şöbəsinin müdiridir.
O, 1970-ci ildə namizədlik, 1996-cı ildə doktorluq dissertasiyaları müdafiə edib, 1998-ci ildə professor elmi adını alıb. 2007-ci ildə AMEA-nın müxbir üzvü, 2017-ci ildə isə AMEA-nın həqiqi üzvü seçilib.
Akademik Z.Səfərova 250-dən artıq elmi əsərin, o cümlədən 40-dan çox kitab və monoqrafiyanın müəllifidir. Ali Attestasiya Komissiyasının Sənətşünaslıq və Memarlıq üzrə ekspert şurasının sədridir.
Alimin xidmətləri dövlət və ictimaiyyət tərəfindən yüksək qiymətləndirilib. O, 1989-cu ildə “Əməkdar incəsənət xadimi”, 2006-cı ildə “Əməkdar elm xadimi” fəxri adlarına layiq görülüb. Həmçinin AMEA-nın Üzeyir Hacıbəyli adına, “Humay”, “Qızıl qələm”, “Xalqın nüfuzlu ziyalısı” və s. nüfuzlu mükafatları ilə təltif edilib.
Anar Rzayev 1938-ci il martın 14-də Bakıda şairlər ailəsində anadan olub. Anarın atası şair Rəsul Rza, anası şairə Nigar Rəfibəylidir. Anar eyni zamanda Azərbaycanın məşhur ictimai və dövlət xadimi, Azərbaycan Demokratik Respublikasının ilk səhiyyə naziri və Gəncə şəhərinin general-qubernatoru olan Xudadat bəy Rəfibəylinin nəvəsidir.
Anar və Zemfira xanım 1-ci sinifdən 10-cu sinifə qədər bir yerdə oxuyublar.
Zemfira xanım müsahibələrinin birində Anarın evlənmək təklifini 10-ci sinfi bitirəndə etdiyini deyib:
“Bu, həmin il idi, o vaxt biz məktəbi bitirdik. Mən qızıl medal almağa namizəd idim və gözlənilmədən onu mənə vermədilər. Bu hala o qədər pərişan oldum ki, hətta Anarın təklifi məni sevindirmirdi...
... Dedim ki, fikirləşərəm. 3 gün sonra razılıq verdim...
... Amma bizim üçün təhsili başa çatdırmaq, təhsil almaq vacib idi, ona görə də orta məktəbi bitirəndən sonra 7 müddətindən tez evlənmək haqqında düşünmədik".
1955-ci ildə Anar Azərbaycan Dövlət Universitetinin filologiya fakultəsinə, Zemfira xanım Konservatoriyaya daxil olsa da, yolları ayrılmayıb, nişanlanıb, evləniblər. Toyları 1962-ci il yanvarın 27-də olub.
Cütlüyün iki övladı var – Azərbaycanın Misir Ərəb Respublikasına fövqəladə və səlahiyyətli səfiri Tural Rzayev və yazıçı-publisist Günel Anarqızı...
2013-cü il yanvarın 27-də evliliklərinin 50 illiyini – “qızıl toyu” xüsusi mərasimlə qeyd ediblər.
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar