Sizin Reklam Burada
Xəbər lenti
24-11-2024
23-11-2024
BÜTÜN XƏBƏRLƏR

Salihli şəhərindən gələn söz və sənət adamları III Türk Dünyası Ədəbiyyat və Kitab Festivalında iştirak etdilər - ŞƏKİLLƏR

Tarix: 01-06-2024 22:48     Baxış: 3501 A- / A+


 Qardaş Türkiyənin Salihli şəhərindən gələn bir qrup söz və sənət adamları- könül yolçuları Bakıda keçirilən III Türk Dünyası ədəbiyyat və kitab festivalında iştirak etdilər.

Manevr.az xəbər verir ki, mayın 29-da baş tutan böyük konsert proqramında sənətçi, Salihli Dövlət Mahnı ansamblının rəhbəri Salih Kandaş başda olmaqla solistlərdən - Günay Yalvaçlı ( o, həm də şairdir), Ferda İzmiroğlu, Nilgün Gözet, Aslı Kabakal, Nurşen Muşlu, (həm də tədbirin aparıcısı) Məltəm Ünverən, Yıldız Günaraslan geniş, rəngarəng repertuarlarıyla dinləyənlərin ürəyini riqqətə gətirdilər, hər kəs onları alqışlarla salamladı. Konsert proqramında Salihli Sanat Dostları Birliyinin rəhbəri şair Haticə Dirgən, şair, Hakan Dirgən, Emine Uysal, Zehra Öztürk, Günay Yalvaçlının söylədiyi duyğu dolu şeirləri alqışlarla qarşıılandı. 

Repertuarlarına Azərbaycan mahnıları da daxil edən gözəl dostlarım festivala bir fərəh, sevinc qatdılar. Əllərində” Bir millət, iki dövlət” şüarıyla səhnəyə çıxan dostlar bir daha göstərdilər ki, bizim canımız, qanımız eynidir. Bütün türk dünyası bütövləşdikcə daha güclü, daha yenilməz olacağına əminəm. Bu işdə ölkələrarası ədəbi- mədəni əlaqələrin böyük rolu var. 

Qardaş ölkə Türkiyənin Salihli şəhərindən gələn söz və sənət adamlarına bizə yaşatdıqları mənalı, unudulmaz anlar üçün dərin təşəkkürümüzü bildiririk. Festival təşkilatçılarına da uğurlar arzulayırıq 

Manevr.az  




Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar