Xəbər lenti
Kitab Festivalından xoş təəssüratlarla ayrıldım - Məmməd Mərzili yazır
Bir neçə gündür ki, Bakıda III Türk Dünyası Ədəbiyyatı və Kitab Festivalı keçirilir. Elmlər Akademiyasının parkında düzənlənən kitab festivalında kitab nəşr edən nəşriyyatlar, kitab müəllifləri, uşaq jurnalları və başqa mətbəə məhsulları nümayiş olunurdu. Sərgini gəzdiyim zaman dekerativ əl işləri ilə bərabər müxtəlif aksesuarlar hazırlayan sənətkarlar gördüm. Park kitablarla al-əlvan bəzənmişdi. Sanki parkda bahar çiçəkləri açılmışdı. Kitab festivalında kitablar düzülmüş piştaxtaları, masaları gəzə-gəzə xəyalım məni 1970-ci illərə apardı. O zaman avtobusda, qatarda, parkda hamı qəzet, kitab oxuyardı. Biz bu kitabları oxuya-oxuya, mütaliə edə-edə böyümüşük. Çox şükürlər olsun ki, indi yavaş-yavaş o illərə qayıtmaqdayıq.
Kitablara baxa-baxa gəlib əziz dostlarımız olan istedadlı şair, publisist, "Dəlidağ.az", "Manevr.az" saytlarının təsisçisi Namiq Dəlidağlının, gözəl insan, istedadlı şairə Əzizə Ağahüseynqızının, şeirləri ilə qəlblərə işıq salan Qəzənfər Məsimoğlunun və oxucuların sevimlisi şair Qulu İsmayılovun kitabları düzülmüş masalara çatdım. Namiq Dəlidağlının "Ağ gecənin nağılı", "Otel otağından reportaj", "Əllidə ələnənlər" kitabları nümayiş olunurdu. Şair dostum özünün "Əllidə ələnənlər" şeirlər kitabını mənə hədiyyə etdi.
Kitab Festivalından xoş təəssüratlarla ayrıldım. Kitab Festivalı davam edir.
Məmməd Mərzili
AJB üzvü
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

Ədəbiyyat
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
İmarət Cəlilqızı
Emil Rasimoğlu
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar






























