Xəbər lenti
Da Vinçinin "Cokonda" mənzərəsinin sirri açıldı

Leonardo da Vinçinin “Mona Liza” əsərində təsvir olunan mənzərə sonsuz müzakirələrə səbəb olub.
Manevr.az xəbər verir ki, “The Observer” yazdığına görə, bəzi sənət tarixçiləri bu mənzərənin xəyali və ideallaşdırılmış olduğunu, digərləri isə bunun İtaliyadakı xüsusi yerlərlə əlaqəli olduğunu iddia edirlər.
İndi geoloq və İntibah dövrünün sənət tarixçisi Anne Pizzorusso nəhayət dünyanın ən məşhur rəsmlərindən birinin sirrini açdığını deyib. Pizzorusso iki sahədə biliklərini birləşdirib və Leonardonun İtaliyanın şimalındakı Lombardiya bölgəsindəki Komo gölünün sahilində yerləşən Lecco şəhərində bir neçə tanınan yeri təsvir etdiyini hesab edib.
Mütəxəssis Mona Lizadakı körpünü, dağ silsiləsi və gölü 14-cü əsrdə Lekkoda tikilmiş Azzon Viskonti körpüsü, ətraf ərazilərə baxan cənub-qərb Alp dağları və Leonardonun 500 il əvvəl ziyarət etdiyi bilinən Qarlat gölü ilə müqayisə edib.
O qeyd edib ki, Leccodakı qayalar əhəngdaşıdır və Leonardonun qayalarını boz və ağ rəngdə təsvir etmişdir, "bu, idealdır, çünki orada olan daş növü belədir".
Sevinc
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

Ədəbiyyat
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
-Təranə Dəmir
- Sevil Nuriyeva
Emil Rasimoğlu
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar